إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Naxçıvanda din xadimlərinə qış mərasim geyimləri və pul mükafatları verilib

Naxçıvan şəhərindəki Sarvanlar məscidində dini icma rəhbərlərinin və din xadimlərinin iştirakı ilə tədbir keçirilib.

Ahlibeyt.az-ın Naxcivantv.az-a istinadən məlumatına görə, tədbirdə 210 nəfər din xadiminə dövlət vəsaiti hesabına alınan yeni mərasim qış geyimləri təqdim edilib. Bununla yanaşı, hər il olduğu kimi, bu il də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən qarşıdan gələn bayramlar münasibəti ilə icma sədrlərinə pul mükafatları verilib.

Tədbirdə Naxçıvan MR Dini Qurumlarla İş üzrə İdarənin rəisi Vüqar Babayev qeyd edib ki, din xadimlərinə dövlət vəsaiti hesabına hər il qış geyimlərinin və icma sədrlərinə pul mükafatlarının verilməsi muxtar respublikada dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsinin, dövlətin dinə və dindarlara göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.

Qeyd olunub ki, dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, eləcə də icmaların fəaliyyətinə ciddi nəzarətin təşkil olunması məqsədilə hər ay Naxçıvan şəhərindəki Sarvanlar məscidində 17 icma rəhbərinin iştirakı ilə iclaslar təşkil olunur. Keçirilən toplantılarda yas mərasimlərinin dini ənənələrə uyğun təşkili, vətənpərvərlik, islami dəyərlərin təbliği sahəsində fəaliyyətin gücləndirilməsi, din xadimlərinin islami geyim qaydalarına riayət etmələri, din və məzhəb ayrıseçkiliyi ilə bağlı maarifçilik işi aparılır.

Naxçıvan MR qazısı Sahib Məmmədov, Şərur rayon dini icmasının sədri Nəsib Novruzov və Şahbuz rayon dini icmasının sədri Camal Camalov din xadimlərinə göstərilən diqqət və qayğıya görə Naxçıvan MR Ali Məclisinin Sədrinə dərin minnətdarlıqlarını bildirərək deyiblər ki, biz də bu qayğının müqabilində islami dəyərlərimizi qoruyaraq dini mərasimlərin lazımınca təşkilinə diqqət edəcək, islami maarifçilik və vətənpərvərliyin təbliği işini gücləndirəcəyik.

Sonda icma rəhbərlərinə və din xadimlərinə qış geyim formaları təqdim edilib.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 Dekabr, 2016  12:09 Çap

Bu bölmədə


Xəbər lenti





23 Oktyabr, 2017  10:57










© 2017 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
CMS Danneo
© Saytı düzəldib: 313wb.com