|
Azərbaycanda dövlət qeydiyyatına alınan dini qurumların son statistikası açıqlanıb2016-cı ildə 101 İslam, 4 qeyri-müsəlman dini icması olmaqla, dövlət qeydiyyatına alınmış dini icmaların ümumi sayı 749-a çatıb. İndiyədək dövlət qeydiyyatından keçmiş dini qurumlardan 721-i İslam, 28-i qeyri-islam təmayüllüdür. Ahlibeyt.az-ın məlumatına görə, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı 2016-cı ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib. Komitə sədrinin sözlərinə görə, sonunculardan 17-si xristian, 8-i yəhudi, 2-si bəhai və 1-i krişna şüuru dini icmasıdır. M.Qurbanlı, həmçinin qeyd edib ki, nəzarət markası ilə markalanmış dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının satışı üzrə ixtisaslaşdırılmış satış məntəqələrinin yaradılması ilə əlaqədar razılığın verilməsilə bağlı 33 müraciət daxil olub. Bunlardan 24 sənəd qanunvericiliyə uyğun tərtib edilmədiyinə görə geri qaytarılıb. Ümumilikdə 2016-cı ildə 9 ixtisaslaşdırılmış satış məntəqəsinə razılıq verilib. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 Dekabr, 2016 13:05 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |