|
Tərtər şəhər “Cümə” məscidi dini icması maarifləndirici tədbir keçiribDini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara ayrılmış maliyyə yardımı almış Tərtər şəhər “Cümə” məscidi dini icması Heydər Əliyev Mərkəzində "Dini ekstremizm və radikalizmin cəmiyyət üçün təhlükələri" adlı layihə çərçivəsində növbəti maarifləndirici tədbir keçirib.
Ahlibeyt.az-ın Dini Komitənin mətbuat xidmətinə istinadən məlumatına görə,tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Pərviz Eyvazov, Tərtər Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elvin Umudov, Tərtər şəhər "Cümə" məscidi dini icmasının sədri və axundu Sadiq Cəfərov, səhiyyə işçiləri, icma üzvləri və dindarlar iştirak ediblər.
Tərtər RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elvin Umudov mövzu ətrafında geniş çıxış edərək bu tipli tədbirlərin əhəmiyyətini vurğulayıb. DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Pərviz Eyvazov isə radikal dini cərəyanlar, onların təbliğat metodları, fəaliyyətləri və radikal dini cərəyanlara qarşı mübarizə üsullarından bəhs edib.
Sonda çıxış edən Tərtər şəhər "Cümə" məscidi dini icmasının sədri və axundu Sadiq Cəfərov və Tərtər rayon Mərkəzi Xəstəxanasının həkimi Aslan Aslanlı tədbirin mövzusunun aktuallığını vurğulayaraq dini ekstremizm və radikalizmin bəşəriyyət üçün böyük təhlükə olduğunu diqqətə çatdırıblar.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 Dekabr, 2016 11:56 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2025 27 Sentyabr - Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 5 il ötür15 Sentyabr, 2025 Bakının işğaldan azad edilməsindən 107 il ötür6 İyun, 2025 Qurban bayramınız mübarək |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |