|
|
Üzərində 200 dəfədən çox "Allah" kəlməsi həkk olunub - FotoAzərbaycan mədəniyyətinin nadir memarlıq nümunələrindən olan Bərdə türbəsi 1322-ci ildə Əcəmi memarlıq məktəbinin nümayəndəsi Əhməd ibn Əyyub Hafiz tərəfindən inşa olunub. Türbə Bərdə şəhərinin mərkəzində, eramızdan əvvəl inşa olunan torpaqqala adlı müdafiə qurğusunun içərisində yerləşir. Ahlibeyt.az-ın Sputnik.az-a istinadən məlumata görə, 700 ilə yaxın yaşı olan tarixi abidənin bərpası başa çatmaq üzrədir Tikilinin üzərində qırmızı kərpic və kaşıdan (bəzək əşyası) istifadə olunaraq, 200 dəfədən çox "Allah" sözü yazılıb və bu sözü bütün istiqamətlərdən oxumaq mümkündür. Buna görə də abidəyə, həm də "Allah-Allah" türbəsi də deyilir. Qeyd edək ki,Sovet hakimiyyətinin ilk illərində türbənin üzərindəki əski əlifba ilə həkk olunmuş yazılar dağıdılaraq yararsız hala salınmışdır. Bu səbəbdən Bərdə türbəsinin kimin şərəfinə tikildiyi məlum deyil. Lakin türbənin Elxanilər sülaləsindən bir nəfər üçün tikildiyi ehtimal olunur. Bu tarixi abidənin üzərinə "Əməli Əhməd bin Eyyub əl-Hafiz Əlbənnayi ən-Naxçıvani" sözləri yazılmışdır. Burdan məlum olur ki, türbə naxçıvanlı memar Əhməd Əyyub oğlu tərəfindən tikilmişdir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
26 Dekabr, 2016 12:54 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |