|
Prezident "Bəylər" məscidində bərpa işlərindən sonra yaradılan şəraitlə tanış olubBu gün İçərişəhərdəki "Bəylər" məscidinin bərpa və konservasiya işlərindən sonra təqdimatı olub.
Ahlibeyt.az-ın Apa-ya istinadən xəbərinə görə, Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva tədbirdə iştirak ediblər.
Dövlət başçısı və xanımı məsciddə yaradılan “Müqəddəs əmanətlər” ekspozisiyası ilə tanış olublar. "Bəylər" məscidində bərpa və konservasiya işləri "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəvət etdiyi avstriyalı məşhur bərpaçı ekspert Erix Pummer tərəfindən aparılıb. 2014-2015-ci illərdə görülən işlər zamanı məscidin bərpasında "İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi" də iştirak edib. Burada 73 Quran, 7 dini kitab, 19 dini atribut - ümumilikdə, 99 eksponat nümayiş olunur. Yanğından hifz olunan kitabların vərəqləri, Dərbənd məscidinə aid və axund tərəfindən divara hörülərək qorunan Quran, eləcə də burada nümayiş etdirilən Quranın cüzləri ekspozisiyada diqqəti cəlb edən eksponatlardır. Azərbaycanın müxtəlif regionlarından toplanılan müqəddəs əmanətlər yanğına məruz qalan kitabxanalar və şəxsi mülklərdən aşkar edilib. Qeyd edək ki, bu məscid Sovetlər dönəmində restavrasiya mərkəzi kimi istifadə edilməyə başlamışdı və son restavrasiya işlərinə başlanana qədər elə bu qismdə də fəaliyyət göstərib, təyinatı üzrə istifadə olunmayıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 Dekabr, 2016 13:53 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |