|
|
Mübariz Qurbanlı: “Orta məktəb dərsliklərində dinlə bağlı məlumatlar yetərli deyil”“Orta məktəblərimizin “Tarix” və “Həyat bilgisi” dərsliklərində dinlə bağlı məlumatlar var. Amma Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi hesab edir ki, bu, yetərli deyil”. Ahlibeyt.az Strateq-ə istinadla xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. Onun sözlərinə görə, artıq Rusiyada orta məktəb proqramlarında dinlə bağlı məsələlər daha da genişləndirilib: “İspaniyada da orta məktəblərdə uşaqlara dinlə bağlı mükəmməl məlumat verilir. İnsanın dinlə bağlı mükəmməl məlumatı varsa, o, başqalarının təsirini altına düşmür. Çünki ağıllı adamı yoldan çıxarmaq mümkün deyil”. M.Qurbanlı heasab edir ki, evdə hər bir valideyn də öz övladına dinimizi, mənəvi dəyərlərmizi izah etməyə çalışmalıdır.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 Dekabr, 2016 10:38 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2026 27 Sentyabr - Azərbaycanda Anım Günü qeyd olunur20 Yanvar, 2026 Xalqımız 20 Yanvar şəhidlərini yad edir17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir. |
Xəbər lenti
30 Avqust, 2026 10:00
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |