|
Qadın cəzaçəkmə müəssisəsində dini maarifləndirmə tədbirl keçirilib Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi(DQİDK) və Penitensiar Xidmət arasında imzalanmış 2016-cı il üçün Tədbirlər planına əsasən cəzaçəkmə müəssisələrində dini maarifləndirmə işinin aparılması ilə əlaqədar tədbirlər davam etdirilir.
Ahlibeyt.az-ın dini komitənin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, dekabrın 15-də Penitensiar xidmətin 4 saylı qadın cəzaçəkmə müəssisəsində “İslamda qadına verilən dəyər” və “Ananın övladın təlim-tərbiyəsində rolu”, yeniyetmələrin cəzaçəkmə müəssisəsində “İslamda vətən sevgisi” mövzusunda məhkumlarla seminar-treninq keçirilib.
Tədbirdə Penitensiar xidmətin Tərbiyə işinin təşkili idarəsinin böyük inspektoru Natavan Tahirova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova və Dinşünaslıq ekspertizası şöbəsinin məsləhətçisi Zeynəb Tayıbova iştirak ediblər.
Tədbirdə İslamın qadına verdiyi dəyər, təlim-tərbiyə işində qadınların üzərinə düşən məsuliyyət, xurafatla və dini radikalizmlə mübarizə, eləcə də vətənpərvərlik və İslamda vətənə olan sevgi mövzusu müzakirə olunub.
Daha sonra mövzu ilə əlaqədar məhkumların sualları cavablandırılıb.
Tədbirin sonunda məhkumlara qonaqlar tərəfindən DQİDK-nın nəşri olan dini ədəbiyyatlar hədiyyə edilib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Dekabr, 2016 10:22 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |