|
Qeyri - İlahi yaşayışın aqibətiYalnız şəri hökmlərə riayət edilməsi, halal ruzi qazanılması, haram işlərdən çəkinilməsi ali məqama çatmaq üçün kifayət etmir. Bütün bu əməllərin bünövrəsi dünya və axirətə ilahi baxışdan ibarətdir. Yalnız dini göstərişlərə əməl etmək ona bənzəyir ki, əlindəki çox qiymətli gövhəri verib, bir boşqab dadlı xörək alasan. Hansı ki, həmin gövhər ilə dəyərli bir imarət, səfalı bir bağ əldə etmək olardı.Şübhəsiz ki, ağıllı insanlar belə bir alış-verişi məzəmmət edərdilər. Hər hansı xörək nə qədər dadlı olsa da, gözəl bir qəsri və ya səfalı bir bağı əvəz edə bilməz. Biz dünya həyatımızın müqabilində əbədi axirətdə misilsiz bir qəsr ala bilərik. Hansı ki, günahdan çəkinməklə axirət əzabından qurtulmaq istəyirik. Beləcə, dünya həyatımız axirət həyatımız üçün faydasız olur. Yeganə qazancımız budur ki, axirət əzabından canımızı qurtaraq. Əldə edilməsi mümkün olan bir çox nemətlərdən isə məhrum oluruq. Aydındır ki, yalnız zərərdən yaxa qurtarılması ağıllı iş deyil. İnsan xeyir tapa biləcəyi yerdə təkcə zərərdən qaçmaqla kifayətlənirsə, bu çox ağılsız bir hərəkətdir. Yalnız şəri göstərişlərə əməl etməklə kifayətlənənlər əzabdan qurtulmaqdan savay bir xeyir gözləməsinlər. Belələri, şübhəsiz ki, böyük nemətlərdən məhrum olurlar. Gerçək fayda odur ki, insan bütün həyatı boyu, bütün işlərində Allahın razılığını gözləsin. Çünki bütün şeylər fani olur, əbədi qalan isə axirət və ilahi razılıqdır. Hətta digər halal işlər də puç olub gedir. «Sizdə olan tükənər, Allah dərgahında olan isə əbədidir».(«Nəhl» surəsi, ayə 96.) Digər bir ayədə buyurulur: «Var-dövlət, oğul-uşaq bu dünyanın bərbəzəyidir. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin yanında savab və ümid etibarı ilə daha xeyirlidir».(«Kəhf» surəsi, ayə 46.) Bəli, dünya həyatı başa çatdıqda bir çox nemətlər əldən çıxıb fəna olur. Qurani-kərimdə oxuyuruq: «Onlar üçün dünya həyatını misal çək. Bu həyat göydən endirilmiş su kimidir. Onunla yer üzündə otlar bitir və quruyub, küləklər vasitəsi ilə pərakəndə olur».(«Qəsəs» surəsi, ayə 76.) Söhbətimizin bu yerində Qurani-kərimdə xatırladılmış Qarunun əhvalatını yada salsaq, münasib olar. Ustad Misbah Yəzdi("Əbədi Həyat" kitabından) Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Dekabr, 2016 16:15 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2024 17 Noyabr - Milli Dirçəliş Günü8 Noyabr, 2024 8 Noyabr - Azərbaycanda Zəfər Gününü qeyd edilir1 Noyabr, 2023 Noyabr ayı üçün gündəlik namazların azan cədvəli2 Oktyabr, 2023 Prezident İlham Əliyev: Biz şəhidlər verərək BMT-nin qətnamələrinin icrasını təmin etdik27 Sentyabr, 2023 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda inşası davam etdirilən Zəfər parkında olublar |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |