إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Nardaran qəsəbəsi “Rəhimə xanım ziyarətgahı” dini icması maarifləndirici tədbir keçirib - Foto

Dekabrın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Sabunçu rayonu Nardaran qəsəbəsi “Rəhimə xanım ziyarətgahı” məscidi dini icması tərəfindən “Dini radikalizm cəmiyyətdə təhlükə mənbəyi kimi” layihəsi çərçivəsində ilk maarifləndirici tədbir keçirilib.

Tədbirdə "Rəhimə xanım ziyarətgahı” məscidi dini icmasının sədri və axundu Musa Qasımov,Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin əməkdaşı Ceyhun Məmmədov, DQİDK-nın Bakı şəhəri şöbə müdiri Anar Kazımov,müdir müavini, şöbənin əməkdaşları Amal Məlikov və Novruz Nuriyev, Sabunçu r-nu İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ədalət Teymurov, hüquq-mühafizə orqanlarının əməkdaşları,məscid dindarları, ziyalılar və gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan dini icmanın sədri və axundu Musa Qasımov tədbirlə bağlı ümumi məlumat verərək, bu cür tədbirlərin mütəmadi təşkil olunmasının mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.

Daha sonra çıxış edən dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin əməkdaşı Ceyhun Məmmədov Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində görülən tədbirlərdən, bu istiqamətdə din xadimlərinin üzərinə düşən mühüm vəzifələrdən söhbət açıb.

DQİDK-nın Bakı şəhəri üzrə şöbə müdiri Anar Kazımov dini radikalizm və ekstremizmin fəsadları, onunla mübarizə metodları ilə bağlı məruzə ilə çıxış edərək ölkədəki dini sabitlik və əmin-amanlığın bundan sonra da dövlətimiz üçün siyasi baxımdan prioritet məsələ olduğunu vurğulamış, cəmiyyətimizin, xüsusilə, gənclərin radikal təsirlərdən qorunmasında vətəndaşların üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib.

Tədbirdə çıxış edən DQİDK-nın Bakı şəhər şöbəsinin müdir müavini Ceyhun Əliyev layihənin mövzusu ilə bağlı ətraflı məlumat verərək dini radikalizmin qlobal təhlükə olduğunu, cəmiyyətimizin bu təhlükədən qorunması üçün təhsilə xüsusi önəm verilməsinin vacibliyini vurğulayıb.

Sonda Sabunçu r-nu İcra Hakimiyyəti dini qurumlarla işin təşkilatçısı Ədalət Teymurov, “Rəhimə xanım ziyarətgahı” məscidi dini icmasının sədri və axundu Musa Qasımov və dindarlar mövzu ilə bağlı öz fikirlərini bildiriblər.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 Dekabr, 2016  13:32 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!