إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

"Milli-mənəvi dəyərlər və KİV" treninqlərdə iştirak edən jurnalistlərə sertifikatlar təqdim edilib - FOTO

Bu gün  Qafqaz Müsəlmanları İdarəsi (QMİ), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Mətbuat Şurasının jurnalistlər üçün təşkil etdiyi iki həftəlik "Milli-mənəvi dəyərlər və KİV" mövzusunda treninqlər başa çatıb.

Ahlibeyt.az-ın Apa-ia istinadən məlumatına görə, bununla bağlı bu gün keçirilən tədbirdə çıxış edən QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə jurnalistlərin dini mövzuda maariflənməsinin vacib olduğunu söyləyib.

QMİ sədri sovet dövründə dini dəyərləri qorumaq üçün çalışdıqlarını söyləyib: "Bu gün hər kəs İslamdan, dindən danışır. Bu gün Türkiyədə, İranda, başqa ölkələrdə dini mövzularda işıq üzü görən yazıları bəziləri olduğu kimi Azərbaycan dilində dərc edirlər. Ancaq Türkiyədə, İranda, Səudiyyə Ərəbistanında dinə münasibətlə Azərbaycanda dinə münasibət arasında fərqlər var".

QMİ sədri bildirib ki, gələcəkdə universitetlərin birində islam jurnalistikası fakültəsi açmaq niyyətləri var: "Gələcəkdə bu treninqlərdə iştirak edən jurnalistlərin də potensialından bu istiqamətdə yararlanmaq istərdik".

Daha sonra treninqdə iştirak edən jurnalistlər fikirlərini bölüşüb, treninqlər zamanı dini mövzular barədə geniş məlumatlar əldə etdiklərini bildirib, gələcəkdə treninqlərin daha yüksək səviyyədə təşkil edilməsi barədə təkliflərini səsləndiriblər.

Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "reket jurnalistlər"in jurnalistikanı gözdən saldığını və əsl jurnalistikanın xüsusi hörmətə layiq olduğunu qeyd edib: "İnanıram ki,  jurnalistlərin dini mövzuda biliklərinin artırılması ilə bağlı treninqlər gələcəkdə də keçiriləcək".

Treninqlərin əhəmiyyətindən danışan Mətbuat Şurasının sədri, millət vəkili  Əflatun Amaşov milli-mənəvi dəyərlərlə bağlı jurnalistlər arasında müsabiqə keçirilməsini təklif edib.

Daha sonra treninqlərdə iştirak edən jurnalistlərə sertifikatlar təqdim olunub.

milli menevi deyerler ve kiv movzusunda treninqlerde istirak eden jurnalistlere sertifikatlar teqdim edilib

milli menevi deyerler ve kiv movzusunda treninqlerde istirak eden jurnalistlere sertifikatlar teqdim edilib

milli menevi deyerler ve kiv movzusunda treninqlerde istirak eden jurnalistlere sertifikatlar teqdim edilib

milli menevi deyerler ve kiv movzusunda treninqlerde istirak eden jurnalistlere sertifikatlar teqdim edilib

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 Dekabr, 2016  16:52 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!