|
İslam İnkişaf Bankı indiyədək Azərbaycana 1 mlrd dollar kredit ayırıbİslam ölkələri uzun illərdir Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində haqlı mövqeyini dəstəkləyir. Ahlibeyt.az-ın "APA-Economics"ə istinadən məlumatına görə,bunu Azərbaycanda İnvestisiyalara dair Beynəlxalq Konfransı giriş sözü ilə açan Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev bildirib. Ş. Mustafayev konfrans iştirakçılarını Bakıda gələn il keçiriləcək İslam Həmrəyliyi Olimpiadasına dəvət edib. Onun sözlərinə görə, Azərbaycan İslam İnkişaf Bankı ilə sıx əməkdaşlıq edir: "İslam İnkişaf Bankı Azərbaycana 1 mlrd. dollar güzəştli şərtlərlə kredit ayırıb. Bu vəsait 18 layihənin icrasına yönəlib və 14 layihə artıq yekunlaşıb". Nazir qeyd edib ki, ölkəmiz Özəl Sektorun İnkişaf İslam Korporasiyası ilə də sıx əməkdaşlıq edir. Korporasiya ölkəmizə 14 layihənin icrası üçün 130 mln. dollar ayırıb. Ş. Mustafayev Azərbaycana investisiya yatırılması üçün bütün imkanların olduğunu vurğulayıb və ölkəmizin potensialı barədə geniş məlumat verib. Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının (İCD) baş icraçı direktoru Xalid Məhəmməd əl Əbudi isə bildirib ki, İCD Azərbaycanın qeyri-neft sektoruna gələcəkdə də öz töhfəsini verəcək: "Biz yerli bankların xətti ilə 16 Azərbaycan şirkətinə yardım göstərmişik. Azərbaycanın tranzit potensialını artırmaq üçün səylərimizi əsirgəməyəcəyik. Ölkədə yeni iş yerlərinin açılması və makro-iqtisadi göstəricilərin təmin etmək üçün maraq göstəririk". Baş icraçı direktor qeyd edib ki, İDC öz təcrübəsi ilə bütün ölkələrlə, həmçinin Azərbaycanla bölüşməyə hazırdır: "2020-ci ildə qədər bizim korporasiyanın aktivləri 3,5 trln. dollara çatacaq. Bu vəsaitlərlə digər İslam ölkələrinə də dəstək verəcəyik. Biz bu cür tədbirlərin keçirilməsində maraqlıyıq. İnanırıq ki, İDC Azərbaycanda yerli tərəfdaşlarımızın sayının artmasına nail olacağıq. Eyni zamanda, bu ölkə ilə müştərək şirkətlərin və müəssisələrin yaradılmasında maraqlıyıq. Son illər Azərbaycanda gedən inkişaf bizdə bu marağı yaradıb". Qeyd edək ki, bu gün Bakıda öz işinə başlayan beynəlxalq konfransda 24 ölkədən 200-ə yaxın sahibkar iştirak edir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 Dekabr, 2016 11:54 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |