|
|
"Şeyxülislamlığın tarixi" kitabının təqdimatı olub - FotoDekabrın 7-də Bakıda “Şeyxülislamlığın tarixi” kitabının təqdimatı olub. Ahlibeyt.az-ın Azertac-a istinadən məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən keçirilən tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə, Azərbaycan Respublikasının Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı, Milli Məclisin deputatları, bir sıra ölkələrin səfirləri, dini icmaların rəhbərləri, elm və ictimaiyyət nümayəndələri iştirak ediblər. QMİ-nin sədri, şeyxülislam Allahşükür Paşazadə bu gün ölkəmizdə müxtəlif dinlər və millətlər arasında mövcud olan qardaşlıq münasibətlərindən bəhs edib. Qeyd edib ki, mürəkkəb coğrafi-siyasi məkanda yerləşməsinə baxmayaraq, Azərbaycanın yarada bildiyi uğurlu multikulturalizm və tolerantlıq nümunəsi bu gün artıq beynəlxalq aləmdə mütərəqqi model kimi qəbul olunur və öyrənilir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 Dekabr, 2016 12:32 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |