|
“Milli-mənəvi dəyərlər və KİV” mövzusunda seminar jurnalistlərin dini biliklərini artıracaqQMİ sədri Allahşükür Paşazadə - Jurnalistlər üçün "Şeyxülislam mükafatı" təsis olunacaq Noyabrın 25-də Qafqaz Müsəlmanları İdarəsi (QMİ), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Mətbuat Şurasının birgə layihəsi əsasında təşkil edilən “Milli-mənəvi dəyərlər və kütləvi informasiya vasitələri” mövzusunda iki həftəlik seminarın açılışı olub. Ahlibeyt.az-ın Azertac-a istinadən məlumatına görə, jurnalistlər üçün təşkil edilən seminarın açılışından əvvəl QMİ sədri şeyxülislam Allahşükür Paşazadə, DQİDK sədri Mübariz Qurbanlı, Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov və din xadimləri jurnalistlərlə görüşüblər. Allahşükür Paşazadə bildirib ki, Azərbaycanda indiyədək jurnalistlərlə din xadimləri arasında belə yüksək səviyyəli görüş keçirilməyib. “Əlbəttə, ayrı-ayrı jurnalistlərlə görüşlərimiz olub, ancaq bu cür geniş şəkildə görüş birinci dəfədir ki, baş tutur. Mətbuat bizim ən yaxın dayağımız olmalıdır, biz sizə güvənməliyik, bir-birimizlə məsləhətləşməliyik. Bu seminarın da məqsədi odur ki, həm jurnalistlərin dini bilikləri artsın, həm də din xadimləri ilə jurnalistlər arasında münasibətlər inkişaf etdirilsin. Məqsədimiz odur ki, jurnalistlərlə din xadimləri arasında əlaqələri inkişaf etdirək və dövlətçiliyin xeyrinə işlər görək”, - deyə şeyxülislam bildirib. QMİ sədri jurnalistlər üçün “Şeyxülislam” mükafatının da təsis olunacağını vurğulayıb. Əlavə edib ki, bu mükafat jurnalistlərə milli-mənəvi dəyərlərlə bağlı yazılarına görə veriləcək. Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov qeyd edib ki, Azərbaycanda din dövlətdən ayrı olsa da, əslində din və dövlət həmişə bir yerdə olub. Azərbaycanda bütün dinlərə bərabər şəkildə dəstək göstərilib və göstərilir. S.Novruzov qeyd edib ki, vaxtilə başqa ölkələrə demokratiya və digər adlar altında təsir göstərməyə çalışanlar indi də din pərdəsi altında təsir göstərməyə çalışırlar. Ona görə də jurnalistlər bu məsələdən yazarkən hər şeyi ölçüb-biçərək yazmalıdırlar, dini təbliğat məsələsində daha fəal olmalıdırlar. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, bu seminar Azərbaycanın mətbuat tarixində böyük yenilikdir. Mətbuat nümayəndələri üçün ayrılıqda bir sahə üzrə kursun təşkil olunması, həmin sahəyə aid mütəxəssislərin iştirakı seminarın əhəmiyyətindən xəbər verir. Bu ideyanın müəllifi şeyxülislam Allahşükür Paşazadədir. Layihənin məqsədi dini mövzuda yazan, eyni zamanda, dinlə əlaqədar mövzularda bu və ya digər məsələlərə aydınlıq gətirmək istəyən jurnalistlərlə bir araya gəlmək və onları maraqlandıran məsələlər ətrafında müzakirələr aparmaqdır. Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov qeyd edib ki, seminar dini məsələlərdən yazan jurnalistlərə çox böyük kömək olacaq. Bu seminar sayəsində jurnalistlərin dinlə bağlı kifayət qədər geniş təsəvvürü olacaq və onlar müəyyən biliklər əldə edəcəklər. Sonra müvafiq mövzuda müzakirələr aparılıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 Noyabr, 2016 16:31 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |