|
Dövlət Komitəsi Nardarandakı “Rəhimə xanım ziyarətgahı” dini icması daxil olmaqla 10 dini icmaya maliyyə yardımı ayırıb - FotoNoyabrın 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) maliyyə yardımı ayrılmış daha 10 dini icma sədrinin iştirakı ilə toplantı keçirilib. Ahlibeyt.az-ın DQİDK mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, komitə sədrinin birinci müavini Səyyad Salahlı ölkəmizdəki dini durum barədə toplantı iştirakçılarına geniş məlumat verərək dövlətin daim dindarların və dini icmaların yanında olduğunu, mütəmadi olaraq İslam və qeyri-islam dini icmalarına maliyyə vəsaiti ayırdığını vurğulayıb. O bildirib ki, maliyyə vəsaitinin icmalara verilməsi ilə bağlı icmalar tərəfindən təqdim edilən layihələrin məqsədi yerlərdə dini maarifləndirmə işlərinin yüksək səviyyəyə qaldırılması, İslami, eləcə də milli-mənəvi dəyərlərimizin müxtəlif xüsusiyyətli tədbirlər vasitəsilə ictimaiyyətə çatdırılmasıdır. Səyyad Salahlı icmalar tərəfindən layihələrin reallaşmasının radikalizmlə mübarizədə də öz müsbət təsirini göstərəcəyini bildirib və bu sahədə dini icmaları daha fəal olmağa çağırıb. O, dini icma sədrlərinə müvafiq tapşırıq və tövsiyələrini verib. Maliyyə vəsaiti ayrılan Tərtər rayonu “Cümə” məscidi dini icması, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi “İmam Rza” məscidi dini icması, Hacıqabul rayonu Qubalıbalaoğlan kənd məscidi dini icması, Abşeron rayonu Saray qəsəbəsi “Cümə” məscidi dini icması, Qazax rayonu Çaylı kəndi “Səxavət” məscidi dini icması, Qax şəhər məscidi dini icması, Yardımlı rayonu Çayüzü kənd məscidi dini icması, Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi “Rəhimə xanım ziyarətgahı” məscidi dini icması, Bərdə şəhəri “İmamzadə” məscidi dini icması və Şəki rayonu Cunud kənd məscidi dini icması ayrılmış vəsait hesabına dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində tədbirlər həyata keçirəcəklər və yerlərdə keçirəcəkləri tədbirlərdə iştirakçılara dini maarifləndirmə xarakterli çap məhsulları da təqdim edəcəklər. Qeyd edək ki, Prezident İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama uyğun olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən indiyədək 141 dini icmaya maliyyə yardımı ayrılıb ki, bunlardan 19-u qeyri-islam, 122-i isə İslam dini icmasıdır.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 Noyabr, 2016 17:04 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2024 17 Noyabr - Milli Dirçəliş Günü8 Noyabr, 2024 8 Noyabr - Azərbaycanda Zəfər Gününü qeyd edilir1 Noyabr, 2023 Noyabr ayı üçün gündəlik namazların azan cədvəli2 Oktyabr, 2023 Prezident İlham Əliyev: Biz şəhidlər verərək BMT-nin qətnamələrinin icrasını təmin etdik27 Sentyabr, 2023 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda inşası davam etdirilən Zəfər parkında olublar |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |