|
|
Azərbaycan ərazisində hansı sufi təriqətləri daha çox yayılmış idi?Şimali Azərbaycan ərazisində tarix boyunca bəzi sufi təriqətləri güclü olmuş və özünə çoxlu tərəfdar toplamışdır. Belə təriqətlər sırasında xəlvətilik, nəqşbəndilik, hürufiliyin adlarını qeyd edə bilərik. Bu təriqətlərin hər biri Azərbaycanın yetirməsi olan böyük şəxsiyyətlərin səyləri ilə yayılmış və inkişaf etmişdir. Məsələn, xəlvəti təriqətinin yayılmasında Seyyid Yəhya Bakuvinin, nəqşbəndiliyin inkişaf etməsində kürdəmirli İsmayıl Şirvani və Mirhəmzə Nigarinin, hürufi təliminin rəvac tapmasında isə İmadəddin Nəsiminin müstəsna xidmətləri olmuşdur. Sufilik XX əsrin əvvəllərinə kimi Azərbaycan ərazisində (əsasən, şimal bölgələrində) öz üstünlüyünü qoruyub-saxlaya bilmişdir. Bu gün də ölkəmizin şimal rayonlarında bəzi sufi ənənələrinin yaşadığının şahidi oluruq. Mənbə İslam.az
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Noyabr, 2016 13:42 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |