|
Görmə qabiliyyəti məhdud olanlar üçün Brayl əlifbası ilə nəşr edilmiş “Quran hekayətləri” kitabının təqdimatı keçirilibSağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin(DQIDK) brayl əlifbası ilə nəşr etdiyi “Quran hekayətləri” kitabının təqdimat mərasimi keçirilib. Ahlibeyt.az-ın verdiyi əbərə görə,DQİK mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, tədbirdə komitə sədrinin müavini Gündüz İsmayılov, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev, Təhsil, Əmək və əhalinin sosial müdafiəsi nazirliklərinin nümayəndələri, Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmiyar Abdullayev, məktəbin müəllim və şagird heyəti, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər. DQIDK sədrinin müavini Gündüz İsmayılov çıxış edərək prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq respublikada dini maarifləndirmə tədbirlərinin geniş miqyasda davam etdirildiyini bildirib. Gündüz İsmayılov ötən il Azərbaycanda ilk dəfə brayl əlifbası ilə “Qurani-Kərim”in çap edildiyini xatırladaraq bu təşəbbüsün həm dövlətin milli-mənəvi dəyərlərin təbliği işinə, həm də görmə qüsuru olan vətəndaşlarımıza göstərdiyi diqqətin təzahürü olduğunu söyləyib. Gündüz İsmayılov deyib ki, AMEA-nın müxbir üzvü, Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylunun brayl əlifbası ilə nəşr edilmiş “Quran hekayətləri” kitabı görmə qabiliyyəti məhdud və ya itirilmiş uşaqların milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunması üçün çox faydalı vəsaitdir. Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bildirib ki, brayl əlifbası ilə çap edilən kitab dinimizin təbliği baxımından çox mühüm addımdır. O, nəşrin İslamın məhz cəmiyyətin görmə qüsuru olan üzvlərinə düzgün çatdırılması baxımından təqdirəlayiq hal olduğunu deyib. Daha sonra Təhsil Nazirliyinin şöbə müdiri Həbib Kərimov, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin əməkdaşı Tamara Mikayılova, Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmiyar Abdullayev çıxış edərək “Quran hekayətləri” kitabının gözdən əlil vətəndaşlarımız üçün çap edilməsini milli-mənəvi dəyərlərimizin təbliği, eləcə də görmə qüsuru olan şəxslərin təfəkkürünün formalaşması, mənəviyyatının inkişafı baxımından çox mühüm addım olduğunu deyiblər.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 Noyabr, 2016 12:30 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |