|
Bu gündən Türkiyədə "Həzrəti Məhəmməd(s)" filmi nümayiş olunacaqHəzrəti Məhəmmədin uşaqlıq dövründən bəhs edən "Həzrəti Məhəmməd: Allahın elçisi" filmi, oktyabrın 28-dən etibarən Türkiyədə nümayiş olunacaq. Ahlibeyt.az-ın tasnimnews-a istinadən məlumatına görə, film Türkiyənin müxtəlif şəhərlərində nümayiş olunacaq. Film türkcə dübylaj və ingiliscə altyazı ilə nümayiş olunacaq. Filmin Türkiyədə nümayişinə ölkənin Dəyanət İşləri Nazirliyi və tarix və İslam tarixçilərinin araşdırılmasından sonra icazə verilmişdir. Qeyd edək ki, 7 ilə çəkilən və 50 milyon dollara başa gələn "Məhəmməd – Allahın elçisi" filmi İran kinomatoqrafiya tarixinin ən bahalı kinosudur.Trilogiyanın ilk hissəsi olan 171 dəqiqəlik film Həzrət Məhəmmədin (s) hələ peyğəmbər olmamışdan əvvəl - 12 yaşınadək olan həyatı vǝ o dövrdǝ Məkkədə cǝrǝyan edǝn hadisǝlǝrdən bəhs edir. "Məhəmməd – Allahın elçisi" üzərində üçqat "Oskar" mükafatçısı, italyan-amerikalı kinooperatoru Vittorio Storaro, həmçinin "Milyonçu" filmində saundtrekin müəllifi, dünyaca məşhur hindistanlı bəstəkar Alla Rakha Rəhman işləyib. Filmin prodüsseri Mark Cozefjdir, musiqiləri isə tanınmış bəstəkar-müğənni Sami Yusif ifa edir Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 Oktyabr, 2016 09:34 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2024 17 Noyabr - Milli Dirçəliş Günü8 Noyabr, 2024 8 Noyabr - Azərbaycanda Zəfər Gününü qeyd edilir1 Noyabr, 2023 Noyabr ayı üçün gündəlik namazların azan cədvəli2 Oktyabr, 2023 Prezident İlham Əliyev: Biz şəhidlər verərək BMT-nin qətnamələrinin icrasını təmin etdik27 Sentyabr, 2023 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda inşası davam etdirilən Zəfər parkında olublar |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |