إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Bakıda “Azərbaycan şəhidlik məktəbində Kərbəla hadisəsinin rolu” adlı tədbir keçirilib

Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin təşkilatçılığı ilə “Azərbaycan şəhidlik məktəbində Kərbəla hadisəsinin rolu” adlı tədbir keçirilib.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə, birlikdən Salamnews-a verilən məlumata görə, “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin sədri Sevinc Əzimbəyli “Azərbaycan şəhidlik məktəbində Kərbəla hadisəsinin rolu” haqqında geniş çıxış edib.

O, İslamın ali şəhidi Həzrət İmam Hüseynin (ə) və onun şəhadət dostlarının Azərbaycan şəhidlik məktəbinin formalaşmasında misilsiz xidmətləri olduğunu bildirib.

Birliyin sədri qəhrəman Qarabağ şəhidlərinin Vətən və dövlət adına mübarək savaşda qazandıqları zəfərdə Kərbəla hadisəsinin ayrıca müsbət təsirlərinin olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırıb.

S.Əzimbəyli təəssüflə bildirib ki, bu gün ölkəmizdə bir qrup adam Həzrət İmam Hüseyni (ə) istismar edərək öz nalayiq əməlləri ilə bu mübarək şəhidlik məktəbinə xələl gətirirlər:

“Düşünürəm ki, Allahına, dövlətinə, eləcə də Əhli-beytinə sahib olan hər kəs Azərbaycanın milli maraqlarını qorumağa borcludurlar. Bu ilahi vəzifə inanclı hər bir ölkə vətəndaşının iman borcudur”.

Tədbirdə ziyalı xanımlar, tələbə gənclər iştirak edib. Sonda Kərbəla və Qarabağ şəhidlərinin adına ehsan süfrəsi təşkil olunub.


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 Oktyabr, 2016  13:08 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!