|
|
QMİ sədri: “Ehtiyac olan yerlərdə yeni məscidlər də acılacaq”“Aşura günü biz daha da əzəmətli olmalıyıq, düşmənə, zülmə qarşı birləşməliyik”.
Ahlibeyt.az-ın Apa-ya istinadən məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, Şeyxülislam Allahşükür Paşazadə deyib.
Aşura günü ilə bağlı “Təzəpir” məscidində keçirilən qanvermə aksiyasında iştirak edən Allahşükür Paşazadə bildirib ki, hər il bu aksiyalarda qan verənlərin sayı artır: “Bu, həm imanın artması, həm də dövlət-din münasibətlərinin yüksək səviyyədə olması deməkdir. Bu aksiyada məzhəbindən, dinindən asılı olmayaraq hər kəs iştirak edir. Bizim qanvermə aksiyası bütün dünyada bəyənilir. Artıq İranda, Türkiyədə də Aşura günü belə aksiyalar keçirilir”.
QMİ sədri deyib ki, əvvəllər məscidlər az olduğuna görə insanlar Aşura günü küçələrə çıxırdı, indi isə Azərbaycanda məscidlər çoxaldığına görə, mərasimlər məscidlərdə qeyd olunur: “Ehtiyac olan yerlərdə yeni məscidlər də acılacaq”.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 Oktyabr, 2016 18:50 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |