|
BİU-da "İslam ölkələrini tanıyaq" adlı bilik müsabiqəsi keçirilib (FOTO)Bakı İslam Universitetində (BİU) yeni tədris ilinin ilk bilik müsabiqəsi keçirilib. "İslam ölkələrini tanıyaq" adlı bilik müsabiqəsində 1-4-cü kurslardan olan tələbələr fəal iştirak edib. Ahlibeyt.az-ın verdiyi xəbərə görə, Müsabiqə haqqında Salamnews-a məlumat verən İctimai fənlər kafedrasının müdiri Elvin Talışınski gənclərin bilik səviyyəsindən razı qaldığını və ümumilikdə bu cür tədbirlərin onların dünyagörüşünə müsbət təsir etdiyini bildirib: "Olduqca maraqlı və səmimi mühitdə keçən müsabiqədə gənclər müsəlman dövlətləri, onların coğrafi və siyasi quruluşu və mövqeyi ilə yaxından tanış olduqlarını nümayiş etdiriblər". Sonra müsabiqənin iştirakçıları və qalibləri universitet rəhbərliyi tərəfindən qəbul edilib. Görüşdə prorektor Elçin Həsənli, kafedra müdiri Elvin Talışınski və tədris müdiri Əbülfəz Vəliyev iştirak edərək gənclərə uğurlar arzulayıblar. Müsabiqədə müvafiq olaraq Ramil İbrahimov (1 yer), Elgün Bağdadov və Cavanşir Əlibəyli (2 yer), Hikmət Məmmədov (3 yer) qalib gələrək BİU rəhbərliyi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
11 Oktyabr, 2016 11:45 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |