|
|
Allahşükür Paşazadə və Mübariz Qurbanlı Türkiyəyə səfər edəcəkOktyabrın 9-11-də Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və hər iki qurumdan olan nümayəndə heyəti Türkiyənin Diyanət İşləri başqanı Mehmet Görmezin dəvəti ilə Avrasiya İslam Şurasının IX Zirvə toplantısında iştirak etmək üçün Türkiyənin İstanbul şəhərinə səfər edəcəklər. Ahlibeyt.az-ın verdiyi xəbərə görə, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən "Report"-a bildirilib. “Avrasiyada İslam: din istismarına qarşı birlik, dayanışma və gələcək perspektivi” mövzusunda keçirilən Zirvə toplantısında bu regionda İslamın gələcəyi və dini istismar edən hərəkətlər, dini təhsil verən qurumlar, qlobal təhdidlər və şiddət təhlükəsi - İŞİD, qlobal təhlükə kimi FETÖ-nün Avrasiyaya təsirləri, dini istismarın qarşısının alınması yolları və bu kimi digər məsələlərlə bağlı fikir mübadiləsi aparılacaq. Avrasiya İslam Şurasının IX Zirvə toplantısına Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan, Türkiyənin diyanət işləri başqanı Mehmet Görmez, Rusiya Federasiyası Müftilər Şurasının sədri Ravil Qaynutdin, Orta Asiya, Qafqaz və Şərqi Avropa regionuna daxil olan ölkələrdən din siyasəti ilə məşğul olan rəsmi şəxslər, nüfuzlu din xadimləri, tanınmış islamşünaslar və ilahiyyatçıların qatılacağı gözlənilir. Toplantının açılış mərasimində Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edəcəklər. Qeyd edək ki, Avrasiya İslam Şurası Türkiyə Diyanət İşləri Başqanlığının təşəbbüsü ilə yaradılıb. Avrasiya regionunda eyni dini dəyərlərə sahib ölkələr arasında din sahəsində əməkdaşlıq əlaqələri qurmaq və ümumi problemləri birgə həll etmək məqsədilə yaradılmış Avrasiya İslam Şurasının indiyədək keçirilmiş Zirvə toplantılarında dinin dünyada sülh və sabitliyin yaranmasınada rolu, dinlər və mədəniyyətlərarası əlaqələrin inkişafı, eləcə də dini təhsilin həyata keçirilməsinə dair məsələlərlə bağlı səmərəli fikir mübadiləsi aparılıb və müvafiq qərarlar qəbul edilib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 Oktyabr, 2016 14:48 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |