|
|
Azərbaycan məscidlərində “Skype” vasitəsilə xütbə və moizələr dinləniləcəkAzərbaycanda məscidlərdə xütbələrin və moizələrin on-line dinlənilməsi üçün veb-kameralar vasitəsi ilə “Skype” quraşdırılacaq. Ahlibeyt.az-ın verdiyi xəbərə görə, Qafqaz Müsəlmanları idarəsindən QMİ) APA-ya verilən məlumatda bildirilir ki, artıq bunun tətbiqi üçün hazırlıqlara başlanılıb. Bu sistemin tətbiqindən sonra ölkə daxilində kənar məsafədə istənilən şəxs istənilən məsciddəki qaydalara uyğun söylənilən xütbəni dinləmək imkanı əldə edəcək. Məscidlərə getmək imkanı olmayan şəxslər də evlərində və digər yerlərdə internet üzərindən seçdiyi xütbəni dinləyə biləcək. Hazırda iri və mərkəzi məscidlərdə bununla bağlı veb-kameralar quraşdırılır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da APA-ya bildirib ki, onlar da bu ideyanı dəstəkləyir və bu artıq başqa ölkələrdə tətbiq olunur: “Maraqlı ideyadır. Kim istəməz ki, gedə bilmədiyi halda hansısa məsciddə savadlı bir axundun və ya imamın moizəsini dinləsin”. Komitə sədri deyib ki, QMİ xütbələr haqqında kitab hazırlayıb və hər yerdə ondan istifadə olunur: “Yeni xütbə kitabçaları üzərində də iş gedir, komissiya üzərində işləyir”.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 Oktyabr, 2016 19:08 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |