|
Açıqlama : “Lənkəran Dövlət Universitetində hicabla bağlı heç bir qadağa yoxdur"“Qız tələbələrin hicabla dərslərdə iştirakına yol verilmir” 8.9 bəndinin universitetin daxili nizamnaməsinə heç bir aidiyyəti yoxdur” Ahlibeyt.az-n İslamınsesi.az-a istinadən verdiyi xəbərə görə,bunu Lənkəran Dövlət Universitetinin elmi katibi Zaur Məmmədov açıqlamasında bildirib. Zaur Məmmədov: “Hazırda mənim dərs dediyim bir neçə qrupda hicablı tələbələr mövcuddur” Bir neçə gündür sosial şəbəkələrdə yayılan və Lənkəran Dövlət Universitetinə aid olduğu iddia edilən nizamnamənin fotosu geniş müzakirəyə, eləcə də inanclı insanların reaksiyasına səbəb olub. Sözügedən fotodan görünən budur ki, guya korpusun 4-cü mərtəbəsində lövhəyə vurulan “nizam-intizam” qaydalarının 8.9 cu bəndinə əsasən qızların hicabla, oğlanların isə saqqalla universitetə girişinə qadağa qoyulur.
Məsələyə aydınlıq gətirmək üçün Lənkəran Dövlət Universitetini ilə əlaqə saxlanılıb və “İslaminSesi”nə açıqlama verən universitetin elmi katibi Zaur Məmmədov bildirib ki, Lənkəran Dövlət Universitetinin daxil nizam qaydaları təhsil müəssisəsinin Elmi-Şurası tərəfindən təsdiq edilir. Bunun üçün tələbələrdən və ya müəllimlərdən imza toplamağa heç bir ehtiyac yoxdur. Universitetin sonuncu daxili nizamnamə qaydalarının iyun ayında təsdiq edildiyini bildirən LDU rəsmisi, "hal-hazırda da iyun ayında təsdiqlənən daxili nizamnamə qaydaları yerində qalıb və heç bir dəyişiklik edilməyib. Düşünürəm ki, sözügedən məlumatı və fotonu yayanlar Məhərrəmlik ayı ərəfəsində hansısa formada çaşqınlıq və gərginlik yaratmağa çalışırlar” – deyə bildirdi:
Sonda Zaur Məmmədov bildirdi ki, nizamnamə ilə bağlı yayılan fotodakı bəndlərin bir çoxu LDU-ya aid edilsə də, oradakı “qız tələbələrin hicabla dərslərdə iştirakına yol verilmir” – bəndinin universitetin daxili nizamnaməsinə heç bir aidiyyəti yoxdur.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 Oktyabr, 2016 17:20 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |