|
Bu axşam Məhərrəm ayı daxil olurBu axşam oktyabrın 2-si gun batdıqdan sonra(məğrib azanı zamanı) hicri-qəməri təqvimi ilə Məhərrəm ayı daxil olur - Sabah Məhərrəm ayının ilk günüdür. Məhərrəm ayı İslam qəməri ilinin birinci ayı və Qurani-Kərimdə işarə olunan 4 haram aydan biridir.Məhərrəm ayının ilk 10 gün və gecələri mübarək gün və gecələrdir. Məhərrəm ayı İslam tarixində daha çox Kərbəla hadisələri ilə xatırlanır. Bu günlərdə insanlar əzadarlıq məclislərində iştirak edir, İmam Hüseynə (ə.s.) matəm saxlayırlar. 14 əsrdir ki, müsəlmanlar bu hadisəni hər il qeyd edərək İmam Hüseynə(ə) göz yaşı axıdırlar. 14 əsrdir ki, İslam müxalifləri məhz İmam Hüseynə(ə) əzadarlıqla mübarizə aparırlar lakin buna baxmayaraq bu mərasimlər artıq İslam ölkələri sərhədlərini aşaraq dünyanın bir çox yerlərində əzəmətli şəkildə qeyd olunur. İmam Hüseynin(ə) Kərbəla qiyamının əhəmiyyəti nə qədər mühümdürsə, əzadarlığın həmin qiyamın ruhiyyəsinin yaşadılmasında əhəmiyyəti bir o qədərdir. Xacə Nəsirəddin Tusi vaxtı ilə deyirdi ki, əgər İmamlardan(ə) göstəriş olmasa idi ki, Aşura günü yas tutulsun, o Aşuranı İmam Hüseynin(ə) timsalında Haqqın qələbəsi günü kimi bayram edərdi. Ancaq həm Peyğəmbər(s) özü həm İmamlar(ə) təkidlə Məhərrəmlikdə əzadarlığın zəruriliyini vurğulayıblar. Rəvayətlərdə nəql olunur ki, bütün ilahi peyğəmbərlər(ə) İmam Hüseynə(ə) əza saxlayıblar. Mötəbər hədislərdə hətta Həzrət Muhəmmədin(s) İmam Hüseyn(ə) kiçik olarkən ona yas saxladığı barədə deyilir. Elə İmam Hüseynin(ə) Kərbəlada şəhid olacağını Peyğəmbər(s) özü əvvəlcədən xəbər vermişdi və ona ağlamağı və əza saxlamağı tövsiyə etmişdi. Həzrət Peyğəmbər(s) buyurur: "Hüseynin müsibətində ağlayan gözlərdən başqa bütün gözlər Qiyamət günü ağlayacaqdır".
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 Oktyabr, 2016 12:49 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |