|
Həbsdə olan ilahiyyatçı azadlığa buraxılıbHəbsdə olan ilahiyyatçı Ceyhun Cəfərov azadlığa buraxılıb
Məlumatda bildirilir ki, 1 il 7 ay həbsdə saxlanılan, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilən Cəfərov Ceyhun Məmmədəli oğlunun barəsində məhkəmə qaydasında həbs qətimkan tədbiri istintaq orqanının təqdimatı əsasında deyişdirilib və o, həbsdən azad edilib. C. Cəfərovun barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib: "Etiraf etmək lazımdır ki, keçmiş Milli Təhlükəsizlik Nazirliyində rəhbərlik dəyişikliyindən sonra peşəkarlığın və qanunun tələblərinə riayət olunmasının səviyyəsi nəzərə çarpacaq dərəcədə artıb. İstintaqın gedişi bizdə bu iş üzrə obyektiv qərar qəbul ediləcəyinə böyük ümidlər yaradır". Qeyd edək ki,ilahiyyatçı Ceyhun Cəfərov Bakı İslam Universitetində dərs deyib, “Space” telekanalında “Gecə söhbətləri” dini verilişində aparıcı olub. Eyni zamanda “Təkamül” Tərcümə Mərkəzinin direktoru olub, onlarla kitabın tərcüməçiliyini, redaktorluğunu edib. Bu tərcümə mərkəz tərəfindən İslam dinində ən mükəmməl Quran təfsirlərindən olan “əl-Mizan” təfsiri tərcümə olunaraq nəşr olunub. Eyni zamanda C.Cəfərov Həcc ziyarəti zamanı QMİ tərəfindən zəvvar qruplarına rəhbərlik edib, ziyarətin təşkili və yerinə yetirilməsində zəvvarlara yardım edib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 Sentyabr, 2016 17:17 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |