|
|
İmkan verməməliyik İmam Hüseynin (ə) adından sui-istifadə edilsin - Hacı Şahin Həsənli"İmkan verməməliyik ki, kimlərsə İmam Hüseynin (ə) mübarək adından öz məqsədləri üçün istifadə etsinlər. İmamın (ə) yolu düz, haqq yoludur. İmam bu yolun uğrunda şəhid edilib". Ahlibeyt.az-ın Salamnewa-s istinadən məlumatına görə, bu fikirləri "Məşhədi Dadaş" məscidinin axundu, ilahiyyatçı Hacı Şahin Həsənli bu gün Qafqaz Müsəlmanları İdarəsində keçirilən tədbirdə deyib. İlahiyyatçı bildirib ki, İmam Hüseyn (ə) fədakarlıq məktəbini miras qoyub: "Bu məktəb təbliğ olunmalıdır. İmam son anına kimi insanları doğru yola yönəltdi, hətta Aşura günü tövbə edənləri bağışlayacağını bildirdi. İmam Hüseyn (ə) öz mübarizəsində insanlara yalnız ölməyi öyrətmədi, bizə ölüm dərsi vermədi, eyni zamanda bizə doğru yaşamaq dərsini öyrətdi. Ona görə də İmam Hüseynin (ə) sahib olduğu dəyərləri olduğu kimi tanımaq lazımdır." Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 Sentyabr, 2016 22:19 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |