|
|
Allahşükür Paşazadə Prezident İlham Əliyevdən dini telekanalın açılmasını istəyibQafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Hacı Allahşükür Paşazadə Prezident İlham Əliyevə Azərbaycanda dini telekanalın açılması ilə bağlı müraciət edib. Ahlibeyt.az-ın salamnews-a istinadən xəbərinə görə, bu barədə Allahşükür Paşazadə bu gün QMİ-də keçirilən tədbirdə deyib. O bildirib ki, bir neçə gün öncə Prezident İlham Əliyevlə telefonla danışığı baş tutub: "Ölkə başçısına bildirdim ki, Azərbaycanda dini bir telekanal açaq. İnsanlarımız da bundan maariflənsinlər. Həmin telekanalda din xadimlərimiz, ruhanilər çıxış etsin. Məsələn bu gün verilən fətvanın mahiyyətini həmin kanal vasitəsilə açıqlamaq olar. Bunun üçün telekanlın açılmasına ehtiyac var. Prezident başqa ölkələrdə olub-olmadığını maraqlandı, mən də başqa ölkələrdə bu cür televiziyaların fəaliyyət göstərdiyini bildirdim." "Bu işdə mən istərdim ki, Dini Qurumlarla İş Üzrə dDövlət Komitəsi də məşğul olsun, öz tövsiyələrini versin",- deyə QMİ sədri qeyd edib. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 Sentyabr, 2016 12:54 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |