إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Hacı Şahin Həsənli: "Azərbaycanda inanclı insanlar marginal qrup şəklində təqdim olunmamalıdır" (VİDEO)

">

Ahlibeyt.az-ın Apa.tv-yə istinadən verdiyi məlumata görə,“Manşet”in qonağı Məşədi Dadaş məscidinin imam-camaatı, ilahiyyatçı Hacı Şahin Həsənli Azərbaycanda dini maariflənmə ilə bağlı aparıcı İlham Tumasın suallarına cavab verib.

 

- Din xadimlərinin dünyagörüşünün zənginləşdirilməsinə, savad səviyyəsinin yüksəldilməsinə ehtyac var. Belə olarsa, onlar dinimizi insanlara müasir dövrün tələblərinə uyğun şəkildə çatdıra bilərlər. Həm də xaricdən kimlərsə din adı ilə öz maraqlarına uyğun şəkildə hansısa məsələləri Azərbaycana yeridə bilməz.

 

- İnsanların inancından istənilən şəkildə sui-istifadə edilməsi yolverilməzdir. İmkan vermək olmaz ki, insanların ən saf duyğuları ilə manipulyasiya olunsun. İnsanların dini heysiyyatı ilə oynamaq olmaz. Xalq arasında heç bir dəstəyi olmayan qrup dini hisslərdən sui-istifadə edib özünə siyasi dəstək qazanmaq istəyirsə, bu həmin qrupun acizliyindən xəbər verir. Azərbaycanda inanclı insanlar marginal qrup şəklində təqdim olunmamalıdır, inaclılıq qütb deyil ki, ondan istifadə olunsun. Din kiminsə məqsədlərinə nail olmaq üçün alətə çevrilməməlidir.

 

- Yaxın Şərqdə, regionda son illərdə gedən proseslər birmənalı olaraq onu göstərir ki, bir sıra Qərb ölkələri müsəlman dövlətlərində demokratiya adı altında dinin özünü hədəfə alan qardaş müharibəsi alovlandırırlar. Qəribədir ki, dini baxışları bölüşməyən liberal düşərgə nədənsə son illərdə İslam faktorundan istifadə etməyə, inanclı insanların dəstəyini almağa çalışır.

 

- Nədənsə seçkidən seçkiyə, hansısa mühüm siyasi hadisə öncəsi bunlar din təəssübkeşlərinə çevirilirlər. Bu isə din faktorundan siyasi divident qazanmaq cəhdindən başqa bir şey deyil.

 

- Azərbaycan xalqının böyük əksəriyyəti inanclıdır. Dindarları hansısa bir marginal qrup, yaxud siyasi partiya kimi təqdim olunması qətiyyən yolverilməzdir. Bu fikir bəzi xarici ölkələrin müsəlman dövlətlərində apardığı təbliğatın nəticəsidir ki, İslamın özünü hədəfə alıb.

 

- Azərbaycan həqiqətən də tolerant dini mühitilə fəxr edə bilər. Bu əsrlərin sınağından çıxmış olduqca mühüm bir dəyərdir. Bu mühitə zərbə vurmaq görünməmiş faciələrə yol aça bilər və xalqın əsrlərlə yaşatdığı dəyərlərə qarşı xəyanətdir.

 

- Din adına tanınan bəzi inancların dinlə heç bir əlaqəsi yoxdur. Dindar mühafizəkar ola bilməz, çünki, din mühafizəkarlıq demək deyil. Din istənilən mənfi tendensiyanın əleyhinədir, eləcə də ilahi dəyərlərə zidd olmayan mütərəqqi milli adətləri də təqdir edir. Din yeniliyi inkar etmir və ona görə də bir orta yol tutuluraq həqiqi islam təbliğ olunmalıdır.

 

">

">

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 Sentyabr, 2016  12:31 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!