|
Hacı Şahin Həsənli: “Müqəddəs duyğularımız hansısa siyasi oyunbazların əlində bir vasitəyə çevrilməsin”Qəribədir ki, dini baxışları bölüşməyən liberal düşərgə nədənsə son illərdə İslam faktorundan istifadə etməyə, inanclı insanların dəstəyini almağa çalışır. Ahlibeyt.az-ın verdiyi xəbərə görə,bunu "Məşədi Dadaş" məscidinin imam-camaatı,ilahiyyatçı alim Hacı Şahin Həsənli radikal müxalifətin mitinqlərinə inanclı kəsimin dəstək verməsi ilə bağlı çağırışlarla bağlı Lent.az-a müsahibəsi zamanı qeyd edib. Hacı Şahin Həsənli müsahidə zamanı bildirib: "İnsanların inancından istənilən şəkildə sui-istifadə edilməsini qətiyyətlə pisləmişik. Heç bir vəchlə imkan vermək olmaz ki, insanların ən saf duyğuları ilə manipulyasiya olunsun.Ona görə də diqqətli olmaq gərəkdir ki, müqəddəs duyğularımız hansısa siyasi oyununbazların əlində bir vasitəyə çevirilməsin. Xüsusilə, regionda son illərdə gedən proseslər birmənali olaraq onu göstərir ki, bir sıra Qərb ölkələri müsəlman dövlətlərində demokratiya adı altında dinin özünü hədəfə alan qardaş müharibəsi alovlandırırlar. Qəribədir ki, dini baxışları bölüşməyən liberal düşərgə nədənsə son illərdə İslam faktorundan istifadə etməyə, inanclı insanların dəstəyini almağa çalışır. Nədənsə seçkidən seçkiyə, hansısa mühüm siyasi hadisə öncəsi bunlar din təəssübkeşlərinə çevirilirlər. Bu isə din faktorundan siyasi divident qazanmaq cəhdindən başqa bir şey deyil. Bu gün dünyanın böyük böhran içində olduğu halda dövlətçiliyimiz, müstəqilliyimiz ətrafında səfərbər olmalıyıq. Bu nemətlər itirilərsə, o zaman hər şey itirilər. Biz həmişə demişik ki, Azərbaycan xalqı bütövlükdə inanclıdır. Dindarları hansisa bir marginal qrup, yaxud siyasi partiya kimi təqdim olunması qətiyyən yolverilməzdir. Məsələyə bu cür yanaşmayanlar xalqımızın dindarlığını, İslamın milli kimliyimizin əsas ünsürü olduğunu danmış olurlar. Bu fikir bəzi xarici ölkələrin müsəlman dövlətlərində apardığı təbliğatın nəticəsidir ki, nə az nə çox İslamın özünü hədəfə alıb. Bu aksiyaya inanclı insanların dəstəyi yoxdur, sadəcə məqsədli şəkildə belə görüntü yaradılır. Bu artıq işlənmiş bir metoddur və dindarlar tərəfindən də ciddi qəbul edilmir. Azərbaycan həqiqətən də tolerant dini mühitilə fəxr edə bilər. Bu əsrlərin sınağından çıxmış olduqca mühüm bir dəyərdir. Bu mühitə zərbə vurmaq görünməmiş faciələrə yol aça bilər və xalqın əsrlərlə yaşatdığı dəyərlərə qarşı xəyanətdir. Regionda gedən geosiyasi proseslər onu göstərir ki, müsəlmanların düşmənləri Yaxın Şərqdə, o cümlədən Qafqazda məzhəb ixtilafı yaratmağa çalışırlar. Unutmayaq ki, İŞİD kimi böyük faciə Suriya kimi tolerant bir dövlətə demokratiya tələbləri ilə gəldi. Türkiyədə bir sıra Qərb dövlətləri nurçuların əli ilə dövlət çevrilişinə cəhd etdilər. İllər öncə Misirdə, Liviyada və digər ölkələrdə vətəndaş qarşıdurması yaratmaq üçün islamçılardan sui-istifadə olundu. Bütün bunlar eyni mərkəzdə hazırlanmış eyni ssenaridir. Dinin siyasi alətə çevirilməsi qeyd-şərtsiz dinimiz tərəfindən rədd olunur. Çünki din nəyəsə çatmaq üçün vasitə olarsa, o zaman din adına istənilən cinayətə əl atmaq olar, istənilən cinayəti dinlə pərdələmək olar. Bunun bariz nümunəsini hər gün ekranlardan görürük: təkbir qışqıran uşaq qatilləri, insaniyyətdən məhrum cəlladlar, xarablığa çevirilmiş şəhərlər, məhv edilmiş mədəniyyət. insan dini öz ambisiyasına çatmaq üçün vasitəyə çevirərsə, onun üçün müqəddəs heç nə qalmaz." Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 Sentyabr, 2016 13:07 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |