|
İmam Əliyyən-Nəqi(ə) alimlərə ehtiramın vacibliyi barədəNəql olunur ki, şiə alimlərindən biri bir “nasibi” (Əhli-beyt düşməni) ilə mübahisə edərkən, həmin nasibini dəlil-sübutla susdurur. İmam Əliyyən-Nəqi (ə) bunu eşitdikdə, çox sevinir. Həmin alim İmamın (ə) hüzuruna gələndə, İmam (ə) onu ehtiramla qarşılayır. Məclisdə Ələvi və Abbasilərin böyükləri də iştirak edirdilər. İmam (ə) həmin alimi yuxarı başda əyləşdirib, hal-əhvalını soruşmağa başlayır. İmamın (ə) bu rəftarı məclisdəki böyüklərə və seyidlərə ağır gəlir. Onlar inciyərək İmama (ə) deyirlər: “Nə üçün ona Bəni-Haşim seyidlərindən çox ehtiram edirsən?” İmam (ə) çox mehribanlıqla buyurur: “Siz Allah-Taalanın buyurduğu bu insanlardan olmayın: أَلَمْ تَرَ إِلَى الَّذِينَ أُوْتُواْ نَصِيبًا مِّنَ الْكِتَابِ يُدْعَوْنَ إِلَى كِتَابِ اللّهِ لِيَحْكُمَ بَيْنَهُمْ ثُمَّ يَتَوَلَّى فَرِيقٌ مِّنْهُمْ وَهُم مُّعْرِضُونَ “Kitabdan pay verilmiş şəxsləri görmürsənmi ki, aralarında hökm etmək üçün insanları Allahın kitabına dəvət edirlər. Sonra onlardan bir qrupu tabe olmayıb üz döndərir!” (“Ali-İmran” surəsi, ayə 23.) Sonra əlavə edərək buyurur: “Siz mütəal Allahın kitabını hakim qəbul edirsinizmi?” Onların hamısı bir sözlə deyirlər: “Bəli, ey Rəsulullahın (s) övladı.” İmam (ə) alimlərə ehtiramı, onları başqalarından üstün tutmağın və onlara ehtiramın vacibliyini tutarlı bir dəlillə belə bəyan edir: “Allah-Taala buyurmurmu ki?: يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا قِيلَ لَكُمْ تَفَسَّحُوا فِي الْمَجَالِسِ فَافْسَحُوا يَفْسَحِ اللَّهُ لَكُمْ وَإِذَا قِيلَ انشُزُوا فَانشُزُوا يَرْفَعِ اللَّهُ الَّذِينَ آمَنُوا مِنكُمْ وَالَّذِينَ أُوتُوا الْعِلْمَ دَرَجَاتٍ “Ey iman gətirənlər! Sizə məclislərdə “bir-birinizə yer verin” deyildikdə siz yer verin. Allah da sizə yer verər və əgər məclislərdə “ayağa qalxın” deyilsə, siz də qalxın. Allah sizdən iman gətirənlərin və elm verilmişlərin dərəcəsini qaldırar.” (“Mücadilə” surəsi, ayə 11.) Mömin olan alim, alim olmayan mömindən, mömin də qeyri-mömindən üstün tutulmalıdır. Allah-Taala buyurmayıbmı ki?: يَرْفَعِ اللَّهُ الَّذِينَ آمَنُوا مِنكُمْ وَالَّذِينَ أُوتُوا الْعِلْمَ دَرَجَاتٍ “Allah sizdən iman gətirənlərin və elm verilmişlərin dərəcəsini qaldırar.” Məgər Allah-Taala bu ayədə “əsil-nəsəb verilmişlərin dərəcəsini qaldırar” deyə buyurubmu? Xeyr, Allah-Taala belə buyurur: قُلْ هَلْ يَسْتَوِي الَّذِينَ يَعْلَمُونَ وَالَّذِينَ لَا يَعْلَمُونَ “Bilənlərlə bilməyənlər eynidirmi?” (“Zümər” surəsi, ayə 9.) Əgər Allah-Taala alimi və onun dərəcəsini qiymətləndirirsə, bəs, mənim ona hörmət edib məqamını uca tutmağıma niyə iradla yanaşırsınız? Bu alimin Allah-Taalanın ona öyrətdiyi elmlə, qəti dəlillərlə fılan “nasibi”ni və Əhli-beyt düşmənini məğlub etməsi nəsil-nəcabətlə bağlı şərəfdən də şərəflidir.” Məclisdəkilər imam Əliyyən-Nəqinin (ə) qəti dəlil-sübutunu eşitdikdən sonra sükut edirlər. (“Əxlaqun-Nəbiyyi (s) və Əhli-bəytihi (ə)”, Ustad Baqir Şərif əl-Qüreyşi, “İmam Hadinin (ə) həyatı” bölümü.) Mənbə:Maide.az Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Sentyabr, 2016 13:04 ⁄ Çap
Bu bölmədə7 Noyabr, 2024 Bu gün Xanım Zeynəbin (s.ə) mübarək mövlud günüdür14 Oktyabr, 2024 Bu gün xanım Fatimeyi-Məsumənin (s.ə) vəfat günüdür.12 Oktyabr, 2024 Bu gün İmam Həsən Əsgərinin (ə) mübarək mövlud günüdür21 Sentyabr, 2024 Bu gün əziz İslam peyğəmbəri Hz.Məhəmmədin (s) və İmam Cəfər Sadiqin (ə) mübarək mövlud günüdür20 Sentyabr, 2024 Bu axşam Rəbiul-əvvəl ayının 17-si daxil olur - Günün əməlləri |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |