|
Bölgə məscidlərində dini-maarifləndirici tədbirlər həyata keçirilirDini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə ölkə başçısının müvafiq Sərəncamını əldə rəhbər tutaraq bölgələrdə "Sülh aylığı" çərçivəsində maarifləndirici və təbliğat xarakterli tədbirlər həyata keçirilir. Ahlibeyt.az-ın verdiyi xəbərə görə,bu barədə DQİDK mətbuat xidməti məlumat yayıb. Sentyabrın 2-də DQİDK təşkilatçılığı ilə Saatlı rayon Varxankənd “Cümə” məscidində dini icma sədrlərinin və dindarların iştirakı ilə respublikamızda elan edilmiş “Sülh aylığı” çərçivəsində “İslam dini sülh dinidir” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov, həmin şöbənin məsləhətçisi Elvin İbrahimov, Saatlı rayon Varxankənd “Cümə” məscidi dini icmasının sədri Yadigar Aslanov, din xadimləri və dindarlar iştirak ediblər. Çıxış edən Saatlı rayon Varxankənd “Cümə” məscidi dini icmasının sədri Yadigar Aslanov İslamın sülh və sevgi dini olduğunu, İslam tarixində dahi şəxsiyyətlərin sülh və barışa hörmətlə yanaşdıqlarını, qeyd edib. Çıxış edən digər natiqlər də,bu gün dünyada baş verən proseslərdə İslam dininin mövqeyi barədə danışıblar. Sonda din xadimləri qeyd ediblər ki, bu gün rayon məscidlərində Cümə xütbələri “İslam dini sülh dinidir” mövzusunda olacaq. *** Sentyabrın 2-də DQİDK Quba bölgəsi üzrə şöbəsinin və Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (OMBUDSMAN) Quba regional mərkəzinin birgə təşkilatçılığı ilə Qusar şəhəri “Mustafa Kazdal” məscidində “İslam dinində sülhün mahiyyəti” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev, OMBUDSMAN-ın Quba regional mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, Qusar şəhəri “Mustafa Kazdal” məscidi dini icmasının sədri və məscidin imamı Fəriəddin Rəhimxanov və dindarlar iştirak ediblər. Tədbiri giriş sözü ilə açan məscidin imamı Fəriəddin Rəhimxanov bildirib ki, İslam dini sülh və qardaşlıq dinidir. Bu din yarandığı andan insana böyük əhəmiyyət verərək heç kəsin incidilməməsini istəmiş, bəşəriyyətin sülh və əmin-amanlıq içərisində yaşamasını təbliğ etmişdir. Daha sonra çıxış edən OMBUDSMAN-ın Quba regional mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev “Sülh aylığı”nın yaranma tarixindən, günümüzdə onun nə qədər əhəmiyyətli olduğundan bəhs edib. DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Ramin Xudayev mövzu ilə əlaqədar geniş məruzə edərək qeyd edib ki, daim sülh və əmin-amanlıq tərəfdarı olan ölkəmizdə hökm sürən sabitliyin təmin olunması üçün görülmüş işlərdən söz açaraq, həyata keçirilən bu cür maarfləndirmə xarakterli tədbirlərin İslam dininin əsl mahiyyətinin anlaşılmasına, vətəndaşların öz hüquq və vəzifələrini daha dərindən öyrənmələrinə yardımçı olacağını söyləyib. Daha sonra mövzu ətrafında müzakirələr aparılıb və dindarları maraqlandıran suallar cavablandırılıb. Tədbirin sonunda məscidə DQİDK-nın razılığı ilə çap edilmiş dini ədəbiyyatlar hədiyyə edilib. *** Sentyabrın 2-də DQİDK təşkilatçılığı ilə Yardımlı şəhərində dini icma sədrlərinin və dindarların iştirakı ilə respublikamızda elan edilmiş “Sülh aylığı” çərçivəsində “İslam dini sülh dinidir” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşları, Yardımlı Rayon İcra Hakimiyyətinin nümayəndələri, rayonda fəaliyyət göstərən dini icmaların sədrləri, din xadimləri və dindarlar iştirak ediblər. Çıxış edən Yardımlı şəhər məscidi dini icmasının sədri Asif Ağayev, Çay-üzü kənd məscidi dini icmasının sədri Əli Cəbiyev, Avaş kənd məscidi dini icmasının sədri Fikrət Fərzullayev, Yardımlı rayon Təhsil şöbəsinin müdir müavini Vəli Nağıyev, rayon Gənclər və İdman idarəsinin rəis müavini Rövşən Süleymanov İslamın sülh və sevgi dini olduğunu, İslam tarixində dahi şəxsiyyətlərin sülh və barışa hörmətlə yanaşdıqlarını, bu gün dünyada baş verən proseslərdə İslam dininin mövqeyi barədə danışıblar. Qeyd olunub ki, sülh və əmin-amanlıq tərəfdarı olan dövlətimizin, ölkəmizdə hökm sürən sabitliyin təmin olunmasında cənab Prezidentimizin xüsusi xidmətləri var və bunu dünya dövlətləri də dəyərləndirirlər. İşğal olunmuş Azərbaycan torpaqlarının sülh yolu ilə azad olunması istiqamətində atılan addımlar da dövlətimizin sülhə, barışa olan mövqeyidir. Sonda din xadimləri qeyd ediblər ki, bu gün rayon məscidlərində Cümə xütbələri “İslam dini sülh dinidir” mövzusunda olacaq. *** *** ***
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 Sentyabr, 2016 10:07 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |