|
Azərbaycanda bayram namazının vaxtı açıqlandıQafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Qurban bayramı münasibətilə tövsiyələrini açıqlayıb. Ahlibeyt.az-ın verdiyi xəbərə görə, QMİ-nin mətbuat xidmətinin məlumatında bildirilir: "Allah-Təalanın müsəlmanlara bəxş etdiyi müqəddəs Qurban bayramı münasibətilə Qafqaz Müsəlmanları İdarəsi və onun rəhbərliyi Azərbaycan xalqını və bütün müsəlmanları müjdələyir, bu əziz günlərdə Uca Yaradandan hamıya mərhəmət və məğfirət diləyir." Məlumatda qeyd olunur ki, Аzərbаycаndа bu il Qurban Bayramı 12 sentyabr tarixinə təsadüf edir. Bayram namazı Azərbaycan məscidlərində həmin gün qılınacaqdır. Dövlətimiz rəsmi olaraq iki gün – 12-13 sentyabr tarixlərini Qurbаn Bаyrаmı münasibətilə qeyri-iş günləri elаn etmişdir. Tövsiyə olunub ki, bu müqəddəs bayramda kəsilən qurbanlıqları baytarlıq və sanitariya qayda-qanunlarına ciddi əməl olunmaqla münasib yerlərdə icra edəsiniz. Həmcinin, qurbanların uşaqların gözü qarşısında kəsilməsi məsləhət deyil. Qeyd edək ki, qurban kəsmək əsasən Məkkədə həcc ziyarətində olan hacılara vacibdir. Digər yerlərdə isə qurban kəsilməsi Allah-Təala yanında bəyənilmiş - müstəhəb əməllərdən hesab olunur. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 Sentyabr, 2016 17:46 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2025 27 Sentyabr - Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 5 il ötür15 Sentyabr, 2025 Bakının işğaldan azad edilməsindən 107 il ötür6 İyun, 2025 Qurban bayramınız mübarək |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |