|
|
Bakı İslam Universitetinə ayrılan plan yerlərinin 77 faizi dolubBu il Bakı İslam Universitetinə (BİU) ayrılan plan yerlərinin 77 faizi dolub. Ahlibeyt.az-ın verdiyi xəbərə görə,bu barədə SalamNews-a məlumat verən universitetin kafedra müdiri Elvin Talışınski bildirib ki, bu il BİU-a ayrılan 120 nəfərlik plan yerinə 95 nəfər qəbul olunub. Onun sözlərinə görə, universitetə qəbul olanların 60 faizi oğlan, 40 faizi qızlardır. Ümumiyyətlə isə bu il universiteti 78 məzun bitirib ki, onların da arasında oğlanlar üstünlük təşkil edir. Elvin Talışınskinin sözlərinə görə, məzunların işlə təmin olunmasında Qafqaz Müsəlmanları İdarəsi yaxından iştirak edir. Universiteti bitirənlər, həmçinin MDB məkanında fəaliyyət göstərən diaspora təşkilatlarında, diplomatik nümayəndəliklərdə, eləcə də müxtəlif Xeyriyyə Fondlarında çalışırlar. Qeyd edək ki, 2009-cu ildə Təhsil Nazirliyi Bakı İslam Universitetinin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verib. Həmin razılığa əsasən, Universitetdə bakalavr səviyyəsində Dinşünaslıq ixtisası, magistratura səviyyəsində isə Dinlərin tarixi və İslamşünaslıq ixtisaslaşmaları üzrə kadr hazırlığı aparılır.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 Sentyabr, 2016 11:54 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |