إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Silahlı Qüvvələrdə “Milli-mənəvi dəyərlərə hörmət, dini radikalizmə nifrət!” layihəsinə start verilib

Silahlı Qüvvələrdə “Milli-mənəvi dəyərlərə hörmət, dini radikalizmə nifrət!” devizi altında silsilə tədbirlər aylığına start verilib.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə,bu barədə DQİFK mət  Şəmkirdəki “N” saylı hərbi hissədə keçirilən ilk tədbirin iştirakçıları əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin qərargahın qarşısında ucaldılmış abidəsini zbuat xidməti məlumat yayıb.

Tədbir iştirakçıları Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin xətti ilə nəşr olunan kitabların sərgisinə maraqla baxıblar.

Əsgər klubunda Silahlı Qüvvələrdə silsilə tədbirlər aylığının açılışına həsr edilən mərasimdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi hörmət və ehtiramla anılıb, Dövlət himni səsləndirilib.

Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani çıxış edərək keçiriləcək tədbirlər haqqında ətraflı məlumat verib. Bildirilib ki, Müdafiə Nazirliyinin rəhbərliyi Silahlı Qüvvələrin şəxsi heyətinin milli-mənəvi dəyərlər əsasında tərbiyəsinə xüsusi önəm verir və bu istiqamətdə məqsədyönlü iş aparılır. Hər bir komandir, şəxsi heyətlə iş üzrə zabit yaxşı bilir ki, xalqımızın əsrlər boyu yaratdığı və qoruduğu milli-mənəvi dəyərləri mənimsəmədən, ona yaxından bələd olmadan əsil vətəndaş, əsil döyüşçü yetişdirmək mümkün deyil. Dünya ölkələrinin və xalqlarının tarixini, mədəniyyətini, adət-ənənələrini bilmək yaxşıdır. Ancaq mənsub olduğun xalqın soykökünə, milli-mənəvi dəyərlərinə biganə yanaşdınsa, bu, əsil fəlakətdir. Çünki bu dəyərlər hər bir azərbaycanlının, Azərbaycan vətəndaşının milli kimliyidir.

Qeyd olunub ki, uzun illərdən sonra xalqımıza qələbə sevinci yaşadan Azərbaycan əsgərinin aprel döyüşlərindəki zəfərinin əsas amillərindən biri də şəxsi heyətin döyüş ruhunun, vətənpərvərlik hissinin, hərbi qulluqçuların mənəvi-psixoloji hazırlığının yüksək səviyyədə olması idi. Bu isə Silahlı Qüvvələrdə tərbiyə işində milli-mənəvi dəyərlərə geniş yer verilməsinin nəticəsidir.

Dini radikalizm isə bu gün bəşər üçün ən böyük təhlükə mənbəyidir və separatizmə, terrorizmə aparan faciəvi yolun başlanğıcıdır. Heç bir ölkə və xalq dini radikalizmdən sığortalanmayıb. Odur ki, dini radikalizmə qarşı mübarizədə hər bir şəxs, eləcə də hərbi qulluqçular daim ayıq-sayıq olmalı, təsirlərə düşməməli və bu yolun həm özləri, həm ailələri, həm də vətəndaşı olduqları dövlət üçün təhlükəli olduğunu dərk etməlidirlər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin(DQİDK) sədri Mübariz Qurbanlı bu istiqamətdə Silahlı Qüvvələrdə aparılan işin təqdirəlayiq olduğunu bildirib, Müdafiə Nazirliyi ilə rəhbərlik etdiyi qurumun birgə planına əsasən keçirilən tədbirlərin əhəmiyyətini qeyd edib.

Mübariz Qurbanlı bu günlərdə uğurla başa çatan “Milli-mənəvi dəyərlərimizi yad təsirlərdən qoruyaq!” tolerantlıq və multikulturalizm həftəsi çərçivəsində keçirilən tədbirlərdə minlərlə hərbi qulluqçunun, ilahiyyatçının, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndələrinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşlarının iştirakını, hətta cəbhə bölgələrində, ön səngərlərdə tədbirlərin təşkilini müsbət hal kimi qiymətləndirib.

O, əmin olduğunu bildirib ki, Müdafiə Nazirliyinin yeni layihəsi də öz müsbət bəhrəsini verəcək, şəxsi heyətin milli-mənəvi dəyərlərə hörmət, dini radikalizmə nifrət ruhunda tərbiyə edilməsində mühüm əhəmiyyət kəsb edəcəkdir.

Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini Fəxrəddin Vəliyev, Müdafiə Nazirliyinin əməkdaşları Rövşən Qarayev, Vüsal Hüseynov, dövlət qulluqçusu İlqar Orucov, Gəncə Şah Abbas məscidi dini icmasının sədri Hacı Əlisəftər, Şəmkir şəhər Cümə məscidi dini icmasının sədri Hacı Natiq və başqaları çıxış edərək mövzu ilə bağlı fikirlərini bildiriblər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanmış “Fitnə” sənədli filminə kütləvi baxış olub və tamaşaçılar film haqqında fikir və təkliflərini bildiriblər.

Tədbirin sonunda qonaqlar əsgəri xidmət üçün yaradılan şəraitlə tanış olub, əsgər və zabitlərlə görüşüb, hərbi hissədən xoş təəssüratla ayrılıblar.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
31 Avqust, 2016  10:57 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!