|
Hacı Şahin Həsənli: “Əgər qurbanlıq haram pulla alınacaqsa...”Müsəlmanların iki müqəddəs bayramından biri – Qurban bayramına sayılı günlər qalıb. Ahlibeyt.az-ın verdiyi xəbərə görə, İslam.az bayram tematikasına aid bir neçə sualla Hacı Şahin Həsənliyə müraciət edib: - Qurban bayramı ərəfəsində adətən qurbanlıq heyvanların hansı şərtlərə cavab verməsi insanların maraq dairəsinə düşür, heyvanın növü, cinsi, xüsusiyyətləri müzakirə olunur. Hamı çalışır ki, qurbanı Allah dərgahında qəbul olsun. Bəs bu qurbanın hansı pulla alınması, yəni qurbanlıq heyvana ödənilən pulların hansı yolla əldə edilməsi önəm kəsb edirmi? - İstənilən əməlin qəbul olunmasının zəruri şərti həmən əməlin təqva ilə yerinə yetirilməsidir. Təqva isə pəhrizkarlıq deməkdir ki, bu da günahdan çəkinmək anlamına gəlir. Qurbanlığa sərf edilən pul da mütləq halaldan olmalıdır. Əgər heyvan haram yolla əldə edilən pulla alınacaqsa, o zaman bu heyvanın qurban kəsilməsi düzgün deyil və bu qurbanın qəbul olunmayacağı qəti və şübhəsizdir. - Bəzən belə hallara da şahid oluruq: insan həm dövlətin müəyyən etdiyi məvacibi alır, həm də bu məvacibdən qat-qat artıq pulu qeyri-qanuni yolla əldə edir. Sonra da qurbanlıq heyvanı məhz məvacibdən alaraq “qurbanı halal qazancımdan kəsdim” deyir... - İnsan halalı harama qatmamalıdır, onun ümumi qazancı halal olmalıdır. Qurbanlıq üçün sərf edilən pulun haramdan ayrılması məsələnin mahiyyətini dəyişmir. Qurbanlıq insanı halala təşviq edir, haramdan imtinaya sövq edir. - O zaman deyə bəlirkmi ki, zərrə qədər haram qatqısı olan istənilən əməl batildir və Allah dərgahında qəbul olunmur? Məsələn, biri gedir oğurluq edir, amma sonra da fəqirlərə əl tutur... - Əlbəttə! Qurani-Kərimdə də belə bir ayə var ki, Allah yalnız təqvalılardan qəbul edər. Eyni zamanda Peyğəmbərimizdən (s) də çoxsaylı hədislər var ki, əgər insanın qazancına 1 dirhəm haram qarışarsa, o zaman onun ibadəti qəbul deyil. Bu ayə və hədislərə əsaslanaraq da tam əminliklə deyə bilərik ki, hətta bir haram tikə yeyənin istənilən ibadəti qəbul olunmur. Yəni halal qazanc istənilən ibadətin, ehsanın və yaxşılığın qəbul olunmasının ən əsas şərtidir. - Qurbanlıq mövzusunu yekunlaşdıraraq son sualımızı artıq məhz Sizinlə bağlı vermək istərdik: son illərin ənənəsini davam etdirərək bu il də qurbanı Minada kəsəcəksinizmi? - Xeyr. Bu il, inşallah, Kərbəla ziyarətinə gedəcəm və Qurban bayramında bu müqəddəs məkanda olacam, qurban da orda kəsiləcək. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 Avqust, 2016 18:14 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |