|
Bu il Bakı İslam Universitetinə qəbul olanların 40 faizi qızlardırBu il Bakı İslam Universitetinə (BİU) ayrılan plan yerlərinin 77 faizi dolub. Ahlibeyt.az-ın verdiyi xəbərə görə, Universitetin kafedra müdiri Elvin Talışınskinin "Report"a verdiyi məlumatda bildirilir ki, bu il ali məktəb üçün ayrılan 120 nəfərlik plan yerinə 95 nəfər qəbul olunub. Qəbul olanların 60 faizi oğlan, 40 faizi qızlardır. E.Talışınskinin sözlərinə görə, bu il universiteti 78 məzun bitirib ki, onların da arasında oğlanlar üstünlük təşkil edir. Kafedra müdiri bu il universitetdə ödəniş məbləğinin artmadığını da vurğulayıb. Universitetdə əyani təhsil almaq istəyənlər 2000, qiyabi təhsil alanlar isə 1500 manat təhsil haqqı ödəyəcəklər. Qeyd edək ki, BİU-da cəmi bir - Dinşünaslıq fakültəsi fəaliyyət göstərir. Universitetdə magistr təhsili mövcud deyil. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 Avqust, 2016 14:20 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |