|
"Məşədi Dadaş" məscidi nəznindəki "Darul Hikmət" tədris mərkəzi tələbə qəbuluna başladıBakının "Məşədi Dadaş" məscidi nəznində fəaliyyət göstərən "Darul-Hikmət Elm və Tədris Mərkəzi" 2016/2017 tədris ili üçün tələbə qəbuluna başlayır - Keçiriləcək dərsələr çərçivəsində tanınmış ilahiyyatçı alim Hacı Şahin Həsənlinin "İslam tarixinə təhlili baxış" mühazirələrinə qatılmaq imkanı əldə olunacaq. Mərkəzin rəhbəri ilahiyyatçı Elşən İsmayılovun Ahlibeyt.az-a verdiyi məlumata görə,tanınmış ilahiyyatçılar və mütəxəssis müəllimlərin cəlb olunacağı dərslər siyahısına 20-dən artıq fənn daxil edilmişdir. Mərkəzdə İlahiyyat və hövzə dərsləri ilə yanaşı xarici dillər,fəlsəfə,tarix ,coğrafiya həmçinin ictimai fənnlər də tədris olunacaq İlahiyyatçı Elşən İsmayılov bildirmişdir: "Tədiris mərkəzdə keçiriləcək dərslərlə yanaşı tələbələr müxtəlif mövzularda təlimlərə və mühazirələrə qatılmaq, mərkəz daxilində fəaliyyət göstərəcək kitabxanadan istifadə etmək imkanını əldə edəcəklər. Keçirilən dil dərsləri çərçivəsində tələbələrimiz üçün “Conversation”(dialoq) və “Movie night”(film nümayişi) təşkil olunacaq. Darul-Hikmət Elm və Tədris Mərkəzində dərs deyən peşəkar müəllimlərin təqdimatında keçiriləcək dərslərlə yanaşı tələbələr bu tədris ilində Hacı Şahin Həsənli, Rövşən Abdullaoğlu və Mail Yaqubun dərslərindən faydalana biləcəklər." Mərkəzdə təşkil olumacaq dərsələrin sentyabr ayının 15-dən sonra baılanması gözlənilir. Dərslərdə iştirak etmək istəyənlər "Darul-Hikmət Elm və Tədris Mərkəzi"nə müraciət edə bilərlər.Tələbə qəbulu imtahan və müsabiqə yolu ilə müəyyən olunacaq. Ünvan: Bakı Şəhəri "Məşədi Dadaş" məscidi(Nizami metro stansiyası yaxınlığında) Tel: 012-408-63-36 077-528-1483 Tədris mərkəzində keçiriləcək dərslərin siyahısı: ![]() Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 Avqust, 2016 13:19 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |