|
Hacı Şahin Həsənli - Bu gün şəhid olmaq, cihada qalxmaq istəyən buyurub Qarabağa gəlsin (Fotolent)Müdafiə Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) 2016-cı – “”Multikulturalizm ili” üçün birgə tədbirlər Planı”na əsasən "Milli-mənəvi, mədəni dəyərlərimizi yad təsirlərdən qoruyaq!" devizi altında keçirilən tolerantlıq və multikulturalizm həftəsi davam edir. Ahlibeyt.az-ın verdiyi xəbərə görə,bu barədə DQİDK mətbuat xidmətinin məlumatında bildirilib. Tədbirlərdə Müdafiə Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəsmiləri, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndələri, tanınmış ilahiyyatçılar iştirak edirlər. Həftənin təşkili və keçirilməsinə məsul olan Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi rəisinin müavini polkovnik Abdulla Qurbani bildirib ki,müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq Azərbaycan əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı bir diyar kimi tanınır. Silahlı Qüvvələr cəmiyyətimizin bir hissəsi olduğundan burada da tolerantlıq mühitinin, multikultural dəyərlərin təbliği şəxsi heyətin təlim-tərbiyəsində mühüm əhəmiyyət kəsb edir. Bakı şəhərindəki Məşədi Dadaş məscidinin axundu,ilahiyyatçı Hacı Şahin Həsənli Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olduğu vaxtları xatırlayaraq, ordumuzun bu gün daha güclü, daha qüdrətli, əsgər və zabitlərin isə daha intizamlı, daha peşəkar olduğundan, qarşıya qoyulmuş döyüş tapşırıqlarını ləyaqətlə yerinə yetirdiklərindən, aprel döyüşlərində Azərbaycan əsgərinin uzun illərdən sonra xalqımıza qələbə sevinci yaşatdıqlarından din xadimlərinin də böyük qürur duyduqlarını qeyd edib. Hacı Şahin Həsənli bəzi gənclərin aldadılaraq guya müsəlman qardaşlara kömək etmək adı ilə cihadı, şəhid olmaq həvəsilə digər ölkələrə aparılmasına kəskin etirazı və "Bu gün şəhid olmaq, cihada qalxmaq istəyən buyurub Qarabağa gəlsin, əsl Kərbəla Qarabağdadır!" deməsi şəxsi heyət tərəfindən alqışlarla qarşılanıb. Hərbçilərlə görüşdə Dini Qurumlarla İş üzrə Dövət Komitəsinin əməkdaşları,Qafqaz müsəlmanları idarəsinin Goranboy-Naftalan şəhərləri üzrə səlahiyyətli nümayəndəsi,hərbi qulluqçılar çıxış ediblər. Tədbir çərşivəsində bir neçə gün ərzində birlik, birləşmə və hərbi hissələrdə tolerantlıq və multikulturalizm həftəsi çərçivəsində müxtəlif mövzularda seminar, “dəyirmi masa”, disputlar, din xadimləri ilə görüşlər, söhbətlər təşkil olunub. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları tərəfindən hazırlanmış "İşğal altındakı tarixi-dini abidələrimiz", "Azərbaycanda tolerantlıq ənənələri", "Tolerantlıq - bildiklərimiz və bilmədiklərimiz", "İslamda vətən və dövlət sevgisi", "Şəhid - şəhidin qanı yerə tökülmür, cəmiyyətin damarlarına axır" adlı kitabların təqdimatı şəxsi heyətin böyük marağına səbəb olub və Dövlət Komitəsi tərəfindən əsgər kitabxanalarına kitab dəstləri hədiyyə edilib. Silahlı Qüvvələrdə tolerantlıq və multikulturalizm həftəsi davam edir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 Avqust, 2016 17:27 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |