|
|
İran XİN rəsmisi: İranın Azərbaycandakı yeni səfiri Cavad Cahangirzadə olacaqİranın Azərbaycandakı yeni səfiri Cavad Cahangirzadə olacaq - Hazırda təyinatın rəsmiləşdirilməsi üçün işlər gedirə Ahlibeyt.az-ın verdiyi xəbərə görə,bunu APA-nın Tehran bürosuna açıqlamasında İran Xarici işlər Nazirliyinin sözçüsü Bəhram Qasimi deyib.
B. Qasimi bildirib ki, hazırda təyinatın rəsmiləşdirilməsi üçün işlər gedir: “Təyinatın rəsmi elan olunmamasının səbəbi budur ki, biz etimadnamə imzalananadək onun adını açıqlamırıq. Hazırda bu vəzifəyə Cavad Cahangirzadə namizəddir və o, yaxın vaxtlarda vəzifəsini yerinə yetirmək üçün Bakıya səfər edəcək”.
B. Qasimi Azərbaycan və İran arasında regional əməkdaşlığa da toxunub və bildirib ki, Tehran həmişə qonşu ölkələrlə əməkdaşlığın inkişafına çalışır: “Azərbaycan, İran və Rusiya prezidentlərinin Bakıda keçirilən sammiti buna nümunədir. Bakı görüşündə bölgədə təhlükəsizliyin təmin edilməsi və əməkdaşlığın inkişafı üçün önəmli nəticələr əldə olundu ki, bu, regional əməkdaşlıq üçün nümunə ola bilər. Ümid edirik ki, əldə olunan razılıqlar icra ediləcək”.
B. Qasimi Azərbaycan və İran arasında viza rejiminin ləğvi ilə bağlı sualın cavabında qeyd edib ki, bu istiqamətdə işlər görülür: “Azərbaycan söz verib ki, iranlılar üçün səfərlər asanlaşdırılacaq”.
Qeyd edək ki, C. Cahangirzadə İran Şura Məclisində Qərbi Azərbaycan əyalətinin Urmiya şəhərindən nümayəndə olub. O, İran parlamentinin Xarici siyasət və milli təhlükəsizlik komissiyasının üzvi olub, ölkənin milli təhlükəsizlik üzrə strateji araşdırmalar mərkəzində ekspert və müdir kimi çalışıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 Avqust, 2016 15:02 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |