|
|
Novruz Məmmədov: Azərbaycandakı FETÖ tərəfdarlarının hamısı üzə çıxarılacaqAzərbaycandakı FETÖ tərəfdarlarının hamısı üzə çıxarılacaq. Ahlibeyt.az-ın Trend-ə istinadən məlumatına görə, bu sözləri Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov jurnalistlərə müsahibəsində deyib. Prezident Administrasiyasının rəsmisi iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı baş verən hadisələrə toxunub. O bildirib ki, “FETÖ” təşkilatı bəzi dairələrdən qaynaqlanır və bununla əlaqədar Türkiyə ilə yanaşı, Azərbaycanda da araşdırmalar aparılır. Bu hadisələrin arxasında dayanan qüvvələr heç vaxt Azərbaycanı sarsıda bilməyəcəklər və FETÖ-çülərin buradakı tərəfdarlarının hamısı üzə çıxarılacaq. N.Məmmədov deyib: “Azərbaycanda bu məsələ ilə bağlı atılan addımlar, aparılan tədqiqatlar göstərir ki, bu təşkilat birbaşa tərəfdarları ilə bərabər, ölkəmizdəki bəzi müxalifət qurumları ilə də əlaqəlidir. Azərbaycan dövlətinə və dövlətçiliyinə, onun maraqlarına ziyan vurmaq cəhdlərinin qarşısı hər vasitə ilə alınacaqdır. Düşünürəm ki, bu proseslərdə də bizə heç bir təzyiq göstərməyə ehtiyac yoxdur. Azərbaycan seçimini edib və öz yolu ilə gedir”. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 Avqust, 2016 14:23 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |