|
“Gülənçilərlə bağlı məlumatı lazımi qurumlara çatdırmışıq”Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Fətullah Gülən terror təşkilatının Türkiyədən sonra ikinci ölkə olaraq Azərbaycanda daha çox yayılmasından danışıb. Ahlibeyt.az-ın verdiyi xəbərə görə, Komitə sədri “Qafqazinfo”ya açıqlamasında qeyd edib ki, Fətullah Gülən adlanan qrup əslində din adı altında bir terror təşkilatıdır: “Onların məqsədi maarifçilik, din pərdəsi adı altında təşkilatı genişləndirmək, müxtəlif ölkələrdə öz təsir dairələrini yaratmaqdan ibarət idi. Bu istiqamətdə çox işlər aparıblar. Azərbaycana da müstəqilliyimizin ilk illərində bu cür qruplar gəliblər. Maarifçilik, təhsil adı altında burada istinad nöqtələri yaratmışdılar. Hazırda bunların istinad nöqtələri Azərbaycanda aradan qaldırılıb və proses davam edir. Müxtəlif siyasi qrupların da onlarla işbirliyində olduğu barədə məlumatlar vardır. Gülənçi adlanan terror təşkilatının Azərbaycanda uzantılarının olması haqqında məlumatlar həm türk mediasında, həm də yerli mediada var. Bununla bağlı Azərbaycan hüquq-mühafizə orqanları ciddi profilaktik tədbirlər həyata keçirtməkdədir. Respublika Prokurorluğu Gülənçi qrupa qarşı cinayət işi qaldırıb. Komitə bütövlükdə bütün dini qruplarla bağlı məlumatlar əldə edərək vaxtında müvafiq orqanlara çatdırır. O cümlədən Gülənçilərlə yaxın olan qruplar barədə bizdə olan məlumatları lazımi qurumlara çatdırmışıq və birgə fəaliyyətimiz davam etməkdədir. Azərbaycanda hər hansı bir təşkilatın dövləti yıxmaq, ictimai-siyasi sabitliyi pozmaq cəhdi yox dərəcəsindədir. Çünki bu gün Azərbaycan xalqı prezident İlham Əliyevin siyasətini birmənalı olaraq dəstəkləyir. Belə olan şəraitdə hansısa örgütlərin fəaliyyəti nəticə verməyəcək”. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 Avqust, 2016 13:16 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |