إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Bu gün Bakı-Məşhəd aviareysi üzrə ilk uçuş həyata keçirilib

Avqustun 10-da Bakı-Məşhəd reysinin ilk uçuşu həyata keçirilib - bu gün baş tutan ilk uçuşda  İranın Azərbaycandakı səfiri Möhsin Pakayin, parlament nümayəndələri, jurnalistlər və bir neçə  Əhli-Beyt (ə) şairi Məşhədə uçublar.

Ahlibeyt.az-ın maide.az-a istinadən məlumatına görə,səfər bu gün axşam başa çatacaq və təyyarə Bakıya dönüş edəcək

Sözügedən reys həftədə iki dəfə (Bazar və 3-cü günlər) həyata keçiriləcək. Yerli vaxtla saat 18-də Məşhədin Şəhid Haşeminejad hava limanından Bakıya uçan təyyarə saat 21 –də Bakını Məşhəd istiqamətində tərk edəcək.

İranın Azərbaycandakı səfiri Möhsün Pakayin bildirib ki, bu reysin açılması ziyarətdən başqa Azərbaycan və İran arasında  ticarət və turizmin inkişafına da təkan verəcək. "Xorasan Rəzəvi əyalətində ticarət və investisiya üçün geniş potensial mövcuddur və ümid edirik ki, bu aviareysin açılamsı ilə həmin əyalətdəki iqtisadi, sənaye və turizm potensialından geniş istifadə edəcəklər.”

Bakı-Məşhəd reysini "ATA Airlines" şirkəti 150 nəfərlik AirBus 320 təyyarəsi ilə həyata keçirəcək

Qeyd edək ki, bundan öncə İyunun 16-da İran İslam Respublikasının "ATA Airlines" şirkəti tərəfindən Tehran-Bakı-Təbriz və Təbriz-Bakı-Tehran reysinin ilk uçuşu həyata keçirilmişdi.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 Avqust, 2016  17:59 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!