|
Rusiya, İran və Azərbaycan dünyanı terrorizm və narkotik qaçaqmalçılığına qarşı mübarizəyə çağırırRusiya, İran və Azərbaycan beynəlxalq ictimaiyyəti terrorizm və narkotik qaçaqmalçılığına qarşı apardıqları mübarizəyə qoşulmağa çağırır.
Ahlibeyt.az-ın Apa-ya istinadən verdiyi xəbərə görə,RiaNovosti agentliyinin məlumatında bildirilir ki, bu barədə Azərbaycan, Rusiya və İran prezidentlərinin Bakıda bu gün keçiriləcək üçtərəfli görüşünün yekunlarına dair Bəyannamə layihəsində bildirilir.
“Tərəflər terrorizm, ekstremizm, sərhədyanı cinayətkarlıq, qeyri-qanuni silah alveri, narkotik qaçaqmalçılığı, insan alveri və İKT sahəsində cinayətkarlığa qarşı mübarizə aparmaq niyyətindədir. Onlar BMT-nin koordinatorluğu ilə beynəlxalq sabitlik və təhlükəsizlik üçün bu çağırışların və təhdidlərin effektiv həlli üçün səylərinə qoşulmağa çağırırlar”, - deyə sənəddə bildirilir.
Bəyannamədə qeyd olunur ki, tərəflər terrorizmin bütün təzahürlərini qətiyyən pisləyir, terrorizmlə effektiv mübarizə üçün tədbirlərin hazırlanması ilə bağlı fikir mübadiləsi məqsədi ilə ikitərəfli və üçtərəfli məsləhətləşmələrin aparılmasının vacibliyini önə çəkirlər.
Tərəflər etiraf edirlər ki, bölgədəki həll olunmamış münaqişələr regional əməkdaşlıq üçün böyük maneədir. Bununla əlaqədar onlar bu münaqişələrin danışıqlar və beynəlxalq hüquq normaları əsasında tezliklə həllinin vacibliyini vurğulayırlar.
Rusiya, Azərbaycan və İran həmçinin biznes, mədəniyyət və turizm sahəsində üçtərəfli əməkdaşlıq formatını inkişaf etdirmək qərarına qəliblər.
Onlar üç ölkənin vətəndaşları üçün viza rejiminin sadələşdirilməsinin davam etdirilməsinin vacibliyini qeyd ediblər.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 Avqust, 2016 14:54 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |