|
Azərbaycanda keçiriləcək referendumun yekun nəticələri oktyabrın 21-dək açıqlanacaqMərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Ahlibeyt.az-ın APA-ya istinadla xəbərinə görə, iclasda “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsinin (referendumun) hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nı təsdiq edilib. MSK katibi Arifə Muxtarova Seçki Məcəlləsində referendumla bağlı bəzi müddəaları diqqətə çatdıraraq bildirib ki, referendumla bağlı bildirişlərin çap olunması avqustun 17-də başa çatacaq. O qeyd edib ki, səsvermədə “exit-poll” keçirmək istəyən təşkilatlar sənədləri sentyabrın 6-na kimi təqdim edə bilərlər: “Səsvermə günü seçici fəallığı ilə bağlı gün ərzində 5 dəfə məlumat veriləcək. Referendumun yekun nəticələri oktyabrın 21-dək açıqlanacaq”. Referendumda vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyası nəzdində 9 nəfərdən ibarət ekspert qrupu və Ədliyyə, Daxili İşlər, Maliyyə nazirliklərinin ekspertlərindən ibarət işçi qrupu yaradılıb. MSK sədri Məzahir Pənahov qeyd edib ki, seçki ilə bağlı maarifləndirmə tədbirləri önəmlidir və komissiya üzvləri bununla bağlı televiziya vasitəsilə çıxışlar edəcəklər. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 İyul, 2016 12:28 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2025 27 Sentyabr - Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 5 il ötür15 Sentyabr, 2025 Bakının işğaldan azad edilməsindən 107 il ötür6 İyun, 2025 Qurban bayramınız mübarək |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |