|
|
İŞİD-in haker qrupu "Rəvan Sığorta"nın saytını dağıdıbNurgun Motors şirkətlər qrupunun bir sıra müəssisələrinin internet saytlarında hakerlərin "I love the Caliphate State Islamic country" şüarı və təhdid dolu mətn yerləşdirilib. "Rəvan Sığorta" ASC-nin rəsmi internet səhifəsi özünü İŞİD terror təşkilatının haker qrupu kimi qələmə verən "Team System Dz" tərəfindən hücuma məruz qalıb. Ahibeyt.az-ın məlumatına görə, "APA-Economics"-in verdiyi xəbərdə bildirilir ki, hakerlər şirkətin saytında "I love the Caliphate State Islamic country" şüarını və təhdid dolu mətn yerləşdirib. Bundan başqa, saytda Suriyada baş verənləri əks etdirən videoçarx yerləşdirilib. "Rəvan Sığorta" ASC "Nurgün" şirkətlər qrupunun tabeliyində fəaliyyət göstərir. Məsələ ilə bağlı şirkətdən münasibət öyrənmək mümkün olmayıb. Həmçinin Nurgun Motors şirkətlər qrupunun bir sıra müəssisələrinin internet saytlarında hakerlərin "I love the Caliphate State Islamic country" şüarı və təhdid dolu mətn yerləşdirilib, saytlarda Suriyada baş verənləri əks etdirən videoçarx yerləşdirilib. Bütün saytlarda yerləşdirilən mətn və video eynidir. Bundan öncə olduğu kimi, bu dəfə də şirkətlər qrupundan məsələ ilə bağlı münasibət öyrənmək olmayıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 İyul, 2016 12:09 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir |
Xəbər lenti
24 Dekabr, 2025 10:50
9 Dekabr, 2025 10:56
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |