|
36 dini icmaya şəhadətnamə verilibDini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan yeni keçmiş 36 dini icmaya şəhadətnamələr verilib. Çıxış edən Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı iştirakçılara ölkədəki dini durum barədə ətraflı məlumat verib. Bildirib ki,dövlət başçısının sərəncamları, tapşırıq və tövsiyələri ilə ölkəmizdə bir sıra məscidlər tikilib, təmir və bərpa olunub, ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərilir və bu, dini zəmində münaqişələr girdabında boğulan müasir dünyamızda nadir rast gəlinən nümunədir. Komitə sədrinin birinci müavini təəssüflə bildirib ki, dövlətin yüksək diqqət və qayğısının müqabilində bir sıra hallarda din xadimləri radikalizmlə mübarizə işində fəal iştirak etmirlər: “Bəzi qruplar öz şəxsi mənafeləri naminə, hətta cəmiyyətin gələcəyini təhlükə altına salaraq, insanları radikalizmə sürükləyən fəaliyyətə can atırlar. O qeyd edib ki, Dini Komitə, o cümlədən dövlətin digər müvafiq qurumları bu qruplara qarşı mübarizə aparmaqdadır, ancaq çox istərdik ki, dindarlarımızın, nüfuzlu din xadimlərimizin bu istiqamətdə fəaliyyəti, radikalizmə qarşı seçdikləri taktika daha güclü və daha effektli olsun. Bunun üçün, ilk növbədə, özünü və daha sonra digər insanları xurafatdan, mövhumatdan uzaq, saf dini biliklərlə maarifləndirmək mütləqdir”. Sonra qeydiyyat şəhadətnamələri almış dini icmaların sədrləri çıxış edərək dinə, dindarlara diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər. Qeyd olunub ki, rəhbərlik etdikləri dini icmalar gələcək fəaliyyətlərində dövlətçilik prinsipini əsas tutacaq və xalqımızın milli-mənəvi dəyərlərinə yad olan dini ideologiyaların ölkəmizə ayaq açmasının qarşısının alınmasında daha fəal iştirak edəcəklər.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
21 İyul, 2016 18:56 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |