إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Hacı Şahin Həsənliyə məxsus rəsmi Facebook səhifəsi üzərində nəzarət bərba olunub

Ötən ilin İyul ayından xakerlər tərəfindən nəzarəti ələ keçirilən İlahiyyatçı alim Hacı Şahin Həsənlinin rəsmi Fecebook səhifəsi üzərində nəzarəti bərpa etmək mümkün olub.

Ahlibeyt.az-ın məlumata görə,səhifə üzərində nəzarəti Rabitə və Yüksək Texnologiyalar Nazirliyi rəhbərliyinin  və bu qurumun  Elektron Təhlükəsizlik Mərkəzi əməkdaşlarının əvəzsiz  səyləri nəticəsində mümkün olub.

https://www.facebook.com/HaciShahinHasanli?ref=ts&fref=ts

İlahiyyatçı Hacı Şahin Həsənliyə məxsus rəsmi Facebook səhifəsi məsələ ilə bağlı müraciət ünvanlayıb.

Müraciətdə bildirilir.

"21 iyul 2015-ci il tarixində Hacı Şahin Həsənlinin rəsmi Facebook səhifəsi bədxahlar tərəfindən oğurlanmışdır. Səhifədə Azərbaycanda olan dini dözümlük mühitinə ciddi zərbə vura biləcək təbliğat aparılır, dini zəmində qarşıdurmalara səbəb ola biləcək hərəkətlərə yol verilir və Hacı Şahin Həsənlinin mövqeyini əks etdirməyən məlumatlar paylaşılırdrı. Bu səbəbdən biz Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzinə müraciət edərək səhifənin geri qaytarılmasına nail ola bildik. Bəlli olduğu kimi, səhifəyə hücüm edən şəxslər dini tematikaya aid digər resurslara da hücum etmiş və cəmiyyətimizin sabitliyinə zərbə vura biləcək hərəkətlərə yol vermişlər. Bu səbəbdən, cinayətkarların qanunla cəzalanması və gələckdə dini zəmində münaqişələrin qarşısını almaq məqsədilə müvafiq dövlət qurumlarına müraciət olunub.

Öz növbəmizdə operativ yardımlarına görə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elelktron Təhlükəsizlik Xidmətinin əməkdaşlarına, həmçinin də təxribatlara etinasız qaldıqları üçün izləyicilərimizə dərin təşəkkürümüzü bildiririk! Xahiş edirik, bu elanı paylaşasız.

Nəzərinizə bir qeydi çatdırmaq istərdik. Dövlət qurumları tərəfindən istintaq sona çatmayana kimi suallarınız cavablandırılmayacaq. Müvəqqəti narahatçılığa görə üzr istəyirik.

Fəaliyyəti bərpa olunan səhifə sosial şəbəkədəki Hacı Şahin Həsənliyə məxsus yeganə rəsmi səhifədir. Yalnız bu səhifədə edilən paylaşımlar, verilən cavablar Hacı Şahinin mövqeyini əks etdirir və birbaşa onun nəzarəti altında həyata keçirilir. Bundan əlavə bütün sosial şəbəkələrdə olan müxtəlif profil, qrup və səhifələr bir çox hallarda Hacı Şahin Həsənlinin mövqeyini əks etdirmirvə ilahiyyatçının razılığı olmadan açılılaraq onun adından sui-istifadə edirlər."

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 İyul, 2016  15:12 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!