|
|
Novruz Məmmədov:"Türkiyədəki hadisələr prezident İlham Əliyevi çox narahat edir" - VideoNovruz Məmmədov Türkiyədə baş verən hərbi çevrilişə cəhdə münasibət bildirib. Ahlibeyt.az-ın AnsPress-ə istinadən məlumatına görə, Prezident Administrasiyasının rəhbərinin müavini Türkiyədə baş verən hadisələrə rəsmi Bakının mövqeyini açıqlayıb. "Biz bu prosesləri narahatlıqla izlədik. Prezident İlham Əliyev də bütün gecəni çox narahat olub. Türkiyədə baş verənlər dövlət çevrilişinə cəhddir. Bu, Türkiyə xalqının iradəsinə, Ana Yasaya (Konstitusiya) qarşı yönəlmiş çevrilişdir. Azərbaycan bu cür cəhdləri qətiyyətlə pisləyir və qəbuledilməz hesab edir", - deyə Administrasiya rəsmisi qeyd etdi. Novruz Məmmədov İlham Əliyev və Rəcəb Tayyip Ərdoğan, eləcə də iki ölkə arasındakı münasibətlərin qardaş münasibətləri olduğunu vurğulayaraq, Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu diqqətə çatdırdı. "Türkiyə əvvəlki Türkiyə deyil. Orada belə çevriliş cəhdləri reallaşsa da, qəbuledilə bilməz. Türkiyənin başında bu gün xalqının demokratik yolla seçdiyi prezidenti, höküməti var. Xalq prezidentinin arxasındadır. Düşünürəm ki, bu çevriliş cəhdi Türkiyə tarixində son çevriliş cəhdi kimi yadda qalacaq", - deyə qurum rəsmisi əlavə etdi.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 İyul, 2016 13:11 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |