|
Azərbaycan, Rusiya və İran prezidentlərinin Bakı görüşü avqust ayında keçiriləcəkAzərbaycan, İran və Rusiya prezidentlərinin görüş vaxtı bilindi. Vladimir Putin, İlham Əliyev və Həsən Ruhaninin görüşü avqustun 8-nə gözlənilir. Ahlibeyt.az-ın AnsPress-ı istinadən məlumatına görə, bu barədə Astanada Rusiyanın “TASS” agentliyinə İran xarici işlər nazirinin müavini İbrahim Rahimpur deyib. "Şübhəsiz belə görüş olacaq. Görüşün avqustun 8-də olacağı gözlənilir". Ötən gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Bakıda rusiyalı həmkarı Sergey Lavrovla mətbuat konfransı zamanı görüşün avqust ayında baş tutacağını açıqlamışdı. Lakin dəqiq tarixin avqustda bilinəcəyi deyilirdi. Rusiya və Azərbaycan prezidentləri son dəfə iyunun 20-də Sankt-Peterburqda görüşüblər. Görüş zamanı Dağlıq Qarabağ münaqişəsi və ikitərəfli münasibətlər müzakirə olunub. İran və Azərbaycan prezidentləri arasında isə görüş sonuncu dəfə aprelin 14-də İstanbulda keçirilib. İlham Əliyev və Həsən Ruhani arasında təkbətək görüş təxminən yarım saat davam edib. Fevralın 23-də isə dövlət başçıları Tehranda bir araya gəlmişdilər.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 İyul, 2016 12:26 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2025 27 Sentyabr - Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 5 il ötür15 Sentyabr, 2025 Bakının işğaldan azad edilməsindən 107 il ötür6 İyun, 2025 Qurban bayramınız mübarək |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |