|
|
Bakıda Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli görüşü keçiriləcəkİran prezidenti Həsən Ruhani avqust ayında Azərbaycana iki günlük səfər edəcək. Ahlibeyt.az-ın Apa-ya istinadən məlumatına görə,bu barədə “Tehran Times” məlumat yayıb. Səfərin məqsədi Azərbaycan və Rusiya prezidentləri ilə üçtərəfli görüşdə iştirak etməkdir. Bildirilir ki, görüşdə üçtərəfli sənədin imzalanması gözlənilir. Həmçinin İran prezidentinin gündəliyinə prezident İlham Əliyev və Vladimir Putinlə ayrı-ayrılıqda görüşlər daxildir: “Səfər çərçivəsində Azərbaycan və İran prezidentləri daha əvvəl imzalanmış razılaşmalara nəzər yetirəcək, ikitərəfli əlaqələrin genişləndirilməsi imkanlarını müzakirə edəcəklər”. Qeyd edək ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da bir neçə gün əvvəl Putinin avqust ayında Bakıya səfərinin hazırlandığını bildirib. Azərbaycan, İran və Rusiya prezidentlərinin Bakıda görüşünün keçirilməsi bu ölkələrin xarici işlər nazirlərinin aprelin 7-də Bakıdakı üçtərəfli görüşündə qərara alınıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 İyul, 2016 13:21 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |